Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva: Türkiyə xalqının kədəri bizim kədərimizdir - FOTO

30 İyul 2021 15:13
Baxış: 1 219

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlarla bağlı Türkiyə xalqına başsağlığı verib.

Milli.Az-ın məlumatına görə, paylaşımda deyilir:

"Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.