Siyasət
Ərdoğan: “Bölgədə sülhün yaranması Azərbaycan və Ermənistandan asılıdır”
1 May 2010 10:28
Baxış: 184
Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xalqa ötən axşamkı müraciətində deyib. O, televiziya ilə çıxışında aprelin əvvəllərində Vaşinqtona səfəri və orada keçirdiyi görüşlərdən danışıb: "Zirvə toplantısında iştirak edən bir çox ölkə liderləri ilə ayrı-ayrılıqda təmaslarım oldu. Bunların arasında Ermənistan prezidenti hörmətli Sarkisyanla 1,5 saatlıq görüşümüz oldu. Ona ölkələrimiz arasında əlaqələrin normallaşması və protokolların həyata keçirilməsi üçün Türkiyənin çox səmimi cəhdlər göstərdiyini, eyni səmimiyyəti onlardan da gözlədiyimizi vurğuladım".
Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, görüşdə Azərbaycan-Ermənistan əlaqələri və Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı Türkiyənin göstərə biləcəyi yardımdan da danışılıb. O bildirib ki, münaqişənin həlli istiqamətində təsirli addımların atılması Türkiyə üçün çox vacibdir: "Biz əvvəlcədən şərt irəli sürülməməsini qəbul edirik. Amma bunun qarşısında bir arqumentimiz var. O da bölgədə sülhə xidmət edəcək bir razılaşmadır. Bölgədə sülhün yaranmasında iki vacib iştirakçı var - Azərbaycan və Ermənistan".
Türkiyənin baş naziri Ermənistan prezidenti Serj Sarkisyanın protokolların ratifikasiyasının dayandırılması barədə qərarına da münasibət bildirib: "Bildiyiniz kimi, bir neçə gün əvvəl yeni proseslər baş verdi və təəssüf ki, Ermənistan birtərəfli qaydada protokolları dondurduğunu açıqladı. Təbii ki, bu, Ermənistan tərəfinin öz qərarıdır. Biz Türkiyə olaraq, əvvəlki mövqeyimizi qoruyuruq. Məsələnin həlli istiqamətində müsbət addımlarımızı, protokollara sədaqətimizi əvvəldən indiyədək davam etdirdik və bundan sonra da davam etdirəcəyik".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)