Yerevanın təcavüzkar siyasəti Ermənistanı yeni problemlərlə qarşılaşdıracaq - Ömər Çelik
Türkiyənin hakim partiyası Ermənistanı ölkəni bölgədə təxribata təşviq edən dairələrə tabe olmamağa çağırıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik özünün "Twitter" səhifəsində bildirib ki, Yerevanın təcavüzkar siyasəti bu ölkəyə heç bir fayda gətirməyəcək: "Ermənistan özünü aldatmaqla məşğul olmamalı və onu Azərbaycanın Kəlbəcər rayonu istiqamətindəki hadisələrə bənzər təxribatlara təşviq edən dairələrin ritorikasına uymamalıdır".
AKP-nin mətbuat katibi bir gün öncə iki ölkənin sərhədində Ermənistan Silahlı Qüvvələrinin 1 Azərbaycan əsgərinin ölümünə səbəb olan hərəkətlərini kəskin şəkildə qınayıb:
"Yerevanın təcavüzkar siyasəti bölgədəki sülh üçün bir təhdiddir. Nəticələrə görə məsuliyyəti Yerevanı bu cür hərəkətlərə vadar edən qüvvələr də daşıyır. Müvafiq cavab verildikdə bu qüvvələr qətiyyən Ermənistanı dəstəkləməyəcəklər. Ermənistanın vəziyyəti daha da pisləşəcək".
Ö.Çelik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgə ölkələri arasında dialoq və əməkdaşlıq mexanizmi yaratmaq təşəbbüsünü xatırladıb: "Ermənistan təcavüzkar davranışlarından imtina edərsə, bu mexanizmin bir hissəsi ola bilər. Yerevan bu tarixi şansı itirməməli, Türkiyə və Azərbaycan liderlərinin çağırışlarını hərtərəfli qiymətləndirməlidir. Əks təqdirdə, bu ölkə yeni problemlər gözləyir. Ermənistan regional sülhü təhdid edə bilməz. Buna imkan verilməyəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi





