Azərbaycan iqtisadiyyatında canlanma - İnkişaf üçün YENİ FÜRSƏT
"Pandemiya bütün dünyada iqtisadi tənəzzülə səbəb oldu, iqtisadi inkişafın qarşısını aldı. iqtisadi artım tempi aşağı düşdü. Amma ümumi götürdükdə biz müşahidə edirik ki, Qarabağ müharibəsi və onun yaratdığı fürsətlər Azərbaycana iqtisadi inkişaf üçün yeni perespektivlər açır".
Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O, bildirib ki, Qarabağda yeni yaşayış məskənlərinin salınması iqtisadiyyatımızın daha da inkişafına təkan olacaq:
"Qarabağ müharibəsnin yaratdığı fürsətlər nəticəsində Azərbaycan turizm potensialını həddindən artıq genişlndirə bilər. Tarixi abidələrlə zəngin Şuşa şəhəri işğaldan azad olundu. Bundan başqa Azərbaycanın müşə massivinin böyük bir hissəsinin yerləşdiyi Kəlbəcər, Qubadlı, Laçın rayonlarının və bəzi digər ərazilər işğaldan azad edildi ki, bunun da nəticəsində həmin ərazilərdə turizm potensialı, yay-meşə turizmi inkişaf etdirilə bilər.
Naftalan şəhərində də bizim müalicə mərkəzlərimiz var idi. Amma o ərazimiz də təhdid altında olduğuna görə insanlarımız bir ehtiyyat edirdilər. İndi isə insanlar rahat şəkildə həm Naftalan, həm də Naftalandan Suqovuşan istiqamətində istirahətə gedə bilərlər. Üstəlik Qarabağ dağlıq ərazisində bir neçə su elektrik stansiyası, təbii və süni gölləri də düşmən işğalından azad etdik, bizim nəzarətimizə keçib. Hansı ki, bunun nəticəsində orada balıqçılıq təsərüffatını inkişaf etdirə bilərik, elektrik enerjisi istehsalına müsbət təsiri olacaq.
Suqovuşan anbarının bizim nəzarətimizə keçməsi ən azı bir 15-20 min hektar ərazinin suvarılmasında müsbət təsir gösətərəcək, məhsuldarlıq artacaq. Bundan əlavə, biz işğaldan azad olunmuş ərazilərin enerji potensialından da istifadə edə bilərik. Artıq meşə materialları orada yandırıla bilər ki, bunun nəticəsində bioenerji əldə edilə bilər. Xüsusilə Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının böyük günəş elektrik potensialı var, Kəlbəcər və Laçın rayonlarında isə külək enerjisindən istifadə edilə bilər. Əlavə olaraq işğaldan azad edilən ərazilərdə mədən sənayesi də inkişaf edə bilər. Kəlbəcərdə gümüş, mis, qızıl və s. yataqları var ki, biz bunu istismar edə bilərik.
İnfrastrukturu tamamilə dağıdılan Qarabağda yeni yaşayış məskənlrinin salınması məqsəi ilə məcburuq orada böyük bərpa işləri görək, yollar, elektrik xətlər, optik kabellər çəkək ki, bu da yeni iş yerlərinin yaranması deməkdir. Bu proseslər də iqtisadiyyatımızda bir canlanmaya səbəb olacaq".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi





