Prezident İlham Əliyev: Altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb
Altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Bu, yaxşı göstəricidir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlətimizin başçısı bildirib: "Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür".
Sənaye istehsalının 0,3 faiz azaldığını qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, bunun əsas səbəbi neft hasilatı ilə bağlıdır, OPEC+ razılaşmasının yerinə yetirilməsidir. "Bilirsiniz ki, biz hasilatı azaltmışıq və necə deyərlər, bu versiyanı təsdiqləyən digər göstəriciyə diqqətinizi cəlb etmək istərdim. Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Bugünkü bu açılış və görüləcək digər işlər qeyri-neft sektorunun sənaye potensialını daha da artıracaq. Çünki 16,6 faiz artım olub, mən bilmirəm hansı başqa ölkədə buna rast gəlmək olar, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
XƏBƏR LENTİ
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - (Video)
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı





