Siyasət

Azərbaycan ilə Pakistan hərbi nümayəndə heyətlərinin görüşü olub

22 İyun 2021 20:38
Baxış: 481

Moskvada keçirilən IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində iyunun 22-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan İslam Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Mian Muhəmməd Hilal Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər hər iki ölkənin orduları arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə edib, hərbi əməkdaşlığın əsas istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.