Siyasət

Sarqsyan seçicilərin səslərini rüşvətlə almağa çalışır

13 İyun 2021 20:59
Baxış: 1 325

Ermənistanda daha bir seçki qalmaqalı yaşanır.

Bü gün ölkənin keçmiş prezidenti Serj Sarqsyanın blokundan parlamentə namizədliyini irəli sürmüş Armavir şəhərinin keçmiş meri Ruben Xlqatyan məhkəmə qərarı ilə həbs olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, deputatlığa namizəd iyunun 10-da adı açıqlanmayan Canfid kənd sakininə 9 milyon dram (17.3 min dollar) verərkən saxlanılıb. Bu vəsaitin seçici səsləri müqabilində kəndlilərə rüşvət qismində paylanması nəzərdə tutulub.

Faktla bağlı cinayət işi açılıb və Xlqatyanla yanaşı, pulu alan kənd sakini də saxlanılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.