Makron "demokratik dəyərlərini" İFŞA ETDİ - ŞƏRH
"Sadə insanlarla görüş zamanı Fransa prezidenti Emmanuel Makronun bir vətəndaş tərəfindən sillələnməsi dünya siyasətində şok effekti yaradan bir hadisəyə çevrildi".
Bunu Milli.Az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, yəqin ki, dünya ictimaiyyəti sillənin sahibinin 120 gün həbsə məhkum edilməsinə də laqeyd qalmayacaq:
"Fransa kimi bir ölkənin prezidentinin hətta öz cəmiyyəti tərəfindən belə radikal formada qarşılanması dünyanın marağını çəkmiş oldu. Ancaq buarada maraqlı nüans ondan ibarətdir ki, Fransa kimi özünü dözümlü, tolerant və demokratiyanın kimi təqdim edən və bununla qürur duyan bir ölkədə bu cür vətəndaş davranışına görə cəzanın verilməsi və həm də adekvat olmayan cəzanın verilməsi çox düşündürücüdür. Son məlumatlara görə, Makrona sillə vurmuş sadə fransız vətəndaşı 120 günlük həbs cəzasına məhkum edilib. Hansı ki, belə xırda xuliqanlıq hərəkətlərinə görə həbsə məhkum etmək yox, digər yüngül cəzaları tətbiq olardı. Amma görünür ki, demokratik və tolerant təqdim olunan Fransa cəmiyyətində və onun rəhbərliyində əslində qeyri-adi bir dözümsüzlük mövcuddur. Yada salaq ki, bu məsələdə Amerika demokratiyası Fransa demokratiyasından xeyli dərəcədə üstün şəkildə özünü göstərir və təsdiqləyir. Məsələn, illər öncə Bağdadda mətbuat konfransı zamanı Corc Buşa ayaqqabısını tullayan bir jurnalistə qarşı hər hansı bir cəza xarakterli tədbir görülmədiyi halda, Fransada Makrona sillə atmış olan fransız vətəndaşına belə bir cəza verilib. Bu o deməkdir ki, Fransada insan haqqları, demokratiya, insanın inzibati orqanlardan müdafiə olunmasında etibarlılıq anlayışından söhbət gedə bilməz. Hətta Makron hakimiyyətinin o vətəndaşa qarşı bu cür ifrat davranışı deməyə əsas verir ki, konkret şəraitdə adamı ölüm cəzasına məhkum etmək mümkün olsaydı belə, mən şübhə etmirəm ki, Fransada həmin adama qarşı bu qərarı da çıxarda bilərdilər. Ona görə, bu hadisə bir daha sübut edir ki, Fransa kmi özünü demokratiyanın beşiyi olaraq təqdim edən ölkələrdə dözümlülük, insanların mövqeyinə hörmətlə yanaşılması və insanların zorakılıqdan etibarlı müdafiəsi ilə bağlı deyilənlər sadəcə olaraq deklorasiyadan başqa bir deyillər".

A.Quliyev deyib ki, əslində Makron həmin vətəndaşı həbs etdirməklə bu vətəndaşdan aldığı sillədən də qat-qat ağır olan bir zərbə aldı:
"Yəqin ki, dünya ictimaiyyəti bu qərara laqeyd qalmayacaq. Makrona vurulan sillələrə necə ki, laqeyd qalmadı, Makronun həmin vətəndaşı cəzalandırmasına da laqeyd qalmayacaqlar. Əgər Makronda sadəcə vəzifə və böyük səlahiyyətlər sahibi olan bir şəxs potensialı yox, böyüklük, müdriklik potensialı olmuş olsaydı, o, vətəndaşı cəzalandırmalı deyildi. Çünkü vətəndaş görünür ki, Fransa cəmiyyətində prezidentin, dövlət rəhbərlərinin apardığı siyasətə öz münasibətini bildirməyin başqa bir yolunu tapa bilməyib. Görünür ki, bu münasibəti Fransa cəmiyyəti seçki zamanı ifadə edə bilmir, başqa zamanlarda dinc formalarda toplaşmaq, öz mövqeyini dinc formada bildirmək və s. kimi üsullarla ifadə edə bilmədiyi üçün məcbur qalaraq belə mini radikal davranışa əl atıb. Deməli, Makron həmin insanı cəzalandırmalı yox, Fransa cəmiyyətində insanları dövlətin başçısına qarşı bu cür davranmağa məcbur edən motivlərin kökünü araşdırmalı olsaydı, daha doğru yolda olardı. Dünya ictimaiyyəti yəqin ki, silləyə laqeyd qalmadığı kimi, sillənin sahibinin 120 gün həbsə məhkum edilməsinə də laqeyd qalmayacaq. Əslində Makron həmin vətəndaşı həbs etdirməklə bu vətəndaşdan aldığı sillədən də qat-qat ağır olan bir zərbə aldı. Çünkü artıq onun demokratik imici tam şəkildə zədələndi. Əgər Fransa vətəndaşı ona sillə atmaqla fransız cəmiyyətinin Makrona olan münasibətini ortaya qoydusa, Makron həmin şəxsi həbs etdirməklə özünün Fransadakı ali-demokratik dəyərlərə olan münasibətini ortaya qoydu. Daha dəqiq desək, özü-özünü ifşa etdi".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi





