Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəkidə baş verən və iki nəfərin ölümü ilə nəticələnən faciənin birbaşa şahidi, Coşqunun nişanlısı Nazlı xanım hadisənin dəhşətli təfərrüatlarını danışıb.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, həmin gün Coşqun, Ucal, Şəbnəm və Nazlı zipline-ın birinci mərhələsini heç bir problemlə qarşılaşmadan keçiblər. İkinci mərhələdə əvvəlcə Şəbnəm yola salınıb və təhlükəsiz şəkildə qarşı tərəfə çatıb. Ardından Coşqun xəttə buraxılıb, Nazlı isə kadrlarda xatirə qalması üçün prosesi videoya çəkmək məqsədilə sonda qalıb.
Lakin faciəyə səbəb olan əsas qayda pozuntusu məhz bu məqamda baş verib: Coşqun hələ xəttin sonuna çatmamış qarşı tərəfdən Ucal da yola salınıb. Başqa sözlə, eyni anda eyni tros xətti üzərində iki nəfər hərəkət edib.
"Coşqun əl yellədi, bir neçə saniyə sonra isə..."
Hadisənin baş verdiyi anları xatırladan şahid bildirib ki, Coşqun ona əl yellədikdən dərhal sonra qəfil sola doğru meyllənib və tros qırılıb. Güclü zərbənin təsirindən yola çıxmağa hazırlaşan Nazlı xanım da yerə yıxılıb, lakin xoşbəxtlikdən ciddi xəsarət almayıb.
Faciənin vaxtı sənədləşdirilib: Saat 14:44-də çəkilən son fotoşəkilin vaxt göstəricisi bu dəhşətli anı təsdiqləyir. Qəza baş verdikdən dərhal sonra işçilərin rabitə cihazından eşidilən "Kömək edin, qolum sındı" səsi Nazlını ümidləndirib. O, bu səsin Coşqun olmadığını düşünüb və onun sağ qalacağına inanıb. Lakin saat 15:08-də həmin əraziyə çatanda artıq gec olub: "Onun mələk üzü, mavi gözləri mən ora çatanadək açıq idi" - deyə Nazlı xanım göz yaşları ilə bildirib.
"Təcili yardım gec gəldi"
Bu zaman gözləri Ucal və Şəbnəmi axtaran şahid bir müddət sonra Ucalın asfalt üzərinə düşdüyünü görüb. Onun sözlərinə görə, Ucal bir müddət həyatda olub, lakin təcili tibbi yardım maşını əraziyə gec çatıb: "Bəyaz, nurlu üzü olduğu kimi idi, amma başının arxasından qan axırdı..."
Nazlı xanım sonda bu fikirləri səsləndirib:
"Yüksəklikdə işləyən kişiyə baxıb yazığımız gəlmişdi, hətta ona əlavə pul verməyi düşünmüşdük. Amma axırda özüm yazıq oldum... İnsan həyatı üzərindən biznes quranlar anlamalıdırlar: qazandığınız hər 25 manatın arxasında sizə etibar edib o trosdan asılan bir insan var. O insan pulunu verməklə həyatını da bir neçə dəqiqəlik sizin məsuliyyətinizə verir. Bu məsuliyyətin qiyməti 25 manat deyil. İnsan həyatıdır."
Qeyd edək ki, hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Bayramov Ucal Asif oğlu hadisə yerində ölüblər.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
"Mançester Yunayted" hesabı açır - YENİLƏNİR - CANLI
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi





