Azərbaycanda taksi qiymətləri bahalaşıb?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlərdə taksi qiymətlərində hissolunacaq dərəcədə artım müşahidə edilir. Sərnişinlər eyni məsafə üçün əvvəlki günlərlə müqayisədə daha yüksək ödəniş etməli olduqlarını bildirirlər.
Milli.Az xəbər verir ki, Trend məsələ ilə bağlı "Bolt" şirkətinin Azərbaycandakı xidmətinə sorğu ünvanlayıb.
Şirkətin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, "Bolt" platformasında gedişhaqqı dinamik şəkildə formalaşır və sifariş zamanı mövcud tələb-təklif nisbəti, yol hərəkətinin intensivliyi, marşrutun uzunluğu, səfərin müddəti və sürücülərin əlçatanlığı kimi amillər nəzərə alınır.
Yağışlı, küləkli və ya soyuq hava şəraitində taksiyə tələbat arta, eyni zamanda aktiv sürücülərin sayı azala bilər. Belə hallarda tələb və təklif arasında yaranan fərq səbəbindən qiymətlərdə müvəqqəti artım müşahidə oluna bilər. Yəni hava şəraiti özü ayrıca qiymət artımı tətbiq etmir, lakin onun yaratdığı yüksək tələbat dinamik qiymətləndirməyə təsir göstərə bilər.
Qiymətlər günün vaxtından, şəhərdən və xidmət kateqoriyasından asılı olaraq dəyişə bilər. Tələbat normallaşdıqda qiymətlər də müvafiq olaraq əvvəlki səviyyəyə qayıdır - deyə əlavə edilib.
Yango-da səfərin qiyməti avtomatlaşdırılmış alqoritm əsasında, sırf həmin an şəhərdəki real vəziyyətə uyğun olaraq formalaşır. Yekun məbləğ birbaşa həmin dəqiqədə xətdə olan boş avtomobillərin sayı ilə sifarişlərin nisbətindən, yollardakı sıxlıqdan, hava şəraitindən və təyinat yerinin xüsusiyyətlərindən asılı olur. Əgər müəyyən bir ərazidə tələbat mövcud boş maşınlardan qat-qat çoxdursa, alqoritm avtomatik olaraq sürücüləri həmin istiqamətə cəlb etmək və təcili getməli olan sərnişinlərə maşın təmin etmək üçün sistemi tənzimləyir. Yollardakı hərəkətlilik azaldıqda və balans bərpa olunduqda qiymət dərhal adi vəziyyətinə qayıdır.
"Yango" şirkətindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "Yango"-da səfərin qiyməti avtomatlaşdırılmış alqoritm əsasında, sırf həmin an şəhərdəki real vəziyyətə uyğun olaraq formalaşır.
"Yekun məbləğ birbaşa həmin dəqiqədə xətdə olan boş avtomobillərin sayı ilə sifarişlərin nisbətindən, yollardakı sıxlıqdan, hava şəraitindən və təyinat yerinin xüsusiyyətlərindən asılı olur. Əgər müəyyən bir ərazidə tələbat mövcud boş maşınlardan qat-qat çoxdursa, alqoritm avtomatik olaraq sürücüləri həmin istiqamətə cəlb etmək və təcili getməli olan sərnişinlərə maşın təmin etmək üçün sistemi tənzimləyir. Yollardakı hərəkətlilik azaldıqda və balans bərpa olunduqda qiymət dərhal adi vəziyyətinə qayıdır",- deyə qeyd edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
"Mançester Yunayted" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi
-
“Sabah”ın oyununa hansı kanalda baxaq?
-
Zaqatalalı iş adamının ölkədən çıxışına stop qoyuldu
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Rusiya Ukraynanın itkilərini yenilədi





