İdman

“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı

10 Sentyabr 2026 19:09
Baxış: 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsində ilk oyununu keçirib.

Milli.Az xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə "Mançester Yunayted"in gənclər komandası ilə qarşılaşıb və 0:5 hesabı ilə məğlub olub.

İngiltərə klubunun qollarını Əmir İbrahimov (2-ci dəq.), Yakob Uotson (16) və Qabriel (45, 85, 87) vurublar.

Qeyd edək ki, "Sabah" tarixində ilk dəfə UEFA Gənclər Liqasının Liqa mərhələsində iştirak edir.

"Sabah" və "MY"nin əsas komandalarının UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki oyunu isə bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.