2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramları açıqlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Proqramlar Azərbaycan və rus dillərində ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbaycan bölməsi üçün Azərbaycan dili, riyaziyyat və xarici dillər, rus bölməsi üçün isə rus dili, riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) üzrə təqdim edilib.
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə Azərbaycan bölməsi üçün Azərbaycan dili, riyaziyyat və xarici dillər, rus bölməsi üçün isə rus dili, riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) üzrə proqramlar açıqlanıb.
Bildirilib ki, ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.
Əvvəlcədən məlumat verildiyi kimi, tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil - ingilis, alman, fransız, rus, ərəb və fars dilləri üzrə dinləyib-anlama bacarıqlarını yoxlamaq məqsədilə 1 mətndən - publisistik və ya dialoq formalı - və ona aid 4 tapşırıqdan istifadə ediləcək.
Oxuyub-anlama üzrə bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsi məqsədilə 2 mətndən və hər mətnə aid 4 tapşırıqdan istifadə olunacaq. Qrammatika və leksika üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə isə 13 qapalı tipli tapşırıq tətbiq ediləcək.
Yazı bacarıqlarının yoxlanılması məqsədilə verilmiş sual və ya fikir əsasında faktlar və mülahizələr irəli sürərək öz fikirlərini ifadə etməyi tələb edən yazılı tapşırıq tətbiq ediləcək.
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında tədris dili - Azərbaycan dili və rus dili - və riyaziyyat fənlərindən 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.
Ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili) imtahanında da 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.
Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində istifadədə olan "Azərbaycan dili" dərsliyindən çıxarılmış, lakin vacibliyi nəzərə alınaraq proqramda saxlanılmış feilin şəkilləri - xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli və şərt şəkli - mövzusu ilə DİM-in təqdim etdiyi keçid vasitəsilə tanış olmaq mümkündür.
Cari tədris ilində respublikanın ümumtəhsil müəssisələrində Azərbaycan dili fənnindən 7-ci siniflərdə yeni dərslik istifadəyə verilib. Bu dərslik məzmun və terminlərin işlənməsi baxımından əvvəlki nəşrdən tamamilə fərqlidir.
Proqramlarda bu dərsliyin materialları nəzərə alınmayıb, çünki hazırda 9 və 11-ci sinifdə təhsilalanlar həmin dərsliyi keçməyiblər. Ona görə də həmin dərslik ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliyin əvvəlki nəşrinə istinad ediləcək. Həmin materiallarla da DİM-in təqdim etdiyi keçid vasitəsilə tanış olmaq olar.
Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimi respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklər göstərilib. Ötən illərdə olduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlara daxil edilməyib. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlardan isə orta məktəbdə öyrənilənlərin təkrarı üçün istifadə edilə bilər.
Hər iki təhsil səviyyəsi üzrə təqdim edilmiş proqramlar, həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahanların modelinə uyğun tapşırıq nümunələri və cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları "Abituriyent" jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
XƏBƏR LENTİ
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir





