İdman

Renat Dadaşov Ukrayna klubunda

10 Sentyabr 2026 16:30
Baxış: 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ukraynanın "Bukovina" komandası Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini açıqlayıb.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, tərəflər mövsümün sonunda əməkdaşlığın müddətini daha bir il uzada bilərlər. O, yeni komandasında 9 nömrəli formada çıxış edəcək.

Oyunçu ötən mövsümü Polşa Ekstraklasasında mübarizə aparan "Motor"un heyətində keçirib.

Qeyd edək ki, 2017-ci ildən Azərbaycan yığmasının formasını geyinən Renat Dadaşov bu müddət ərzində 45 oyunda 7 qolla yadda qalıb. O, daha əvvəl Almaniyanın U-16 və U-17 yığmalarında da çıxış edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.