Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanlı təhsil mütəxəssisi Sevinc Məmmədova ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Corc Vaşinqton Universitetində (George Washington University) prorektor (Associate Provost) vəzifəsinə təyin olunub.
Milli.Az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, yeni vəzifəsində Sevinc Məmmədova Corc Vaşinqton Universitetinin akademik və institusional inkişafı ilə bağlı istiqamətlər üzrə fəaliyyət göstərəcək.
S.Məmmədova yeni vəzifəsi ilə bağlı sosial media hesabında paylaşım edərək bu təyinatdan məmnunluğunu ifadə edib, yeni fəaliyyət mərhələsində ona dəstək olan hər kəsə təşəkkür edib.
O, bundan əvvəl Corc Vaşinqton Universitetində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərib və universitetlərarası əməkdaşlığın, beynəlxalq təhsil proqramlarının və akademik tərəfdaşlıqların inkişafına töhfə verib.
Onun fəaliyyətinin mühüm istiqamətlərindən biri Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Corc Vaşinqton Universiteti arasında həyata keçirilən ikili diplom proqramının inkişafı olub. Proqram Azərbaycan və ABŞ arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müəllim hazırlığının beynəlxalq standartlara uyğunlaşdırılması və tələbələr üçün yeni akademik imkanların yaradılması baxımından əhəmiyyətli layihələrdən biridir.
Sevinc Məmmədovanın bu əməkdaşlığın inkişafında iştirakı Azərbaycan ali təhsilinin beynəlxalq tərəfdaşlıqlarının gücləndirilməsi və Azərbaycan universitetlərinin qlobal akademik şəbəkələrə inteqrasiyası baxımından da diqqət çəkir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
XƏBƏR LENTİ
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
-
Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
-
Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Azərbaycanla UN-Habitat arasında imzalanan Töhfə Sazişi təsdiq edilib
-
İlham Mirzəyev evə buraxıldı
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)
-
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
-
Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - (Video)
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
“Horadiz” və “Göytəpə”də böyük əməliyyat - 84 kq narkotik ələ keçirildi
-
Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
-
Əli Əsədov qərar imzaladı





