Ermənistan ABŞ və Rusiyanı üz-üzə qoydu - Soyuq müharibə artıq başlayıb
Son günlər Cənubi Qafqaz xüsusilə nəhəng dövlətlərin siyasi poliqonunu xatırlatmağa başlayıb. Regionda proseslərin xronologiyasına nəzər saldıqda soyuq savaşın getdiyini açıq-aşkar görmək mümkündür. Ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanla Ermənistan arasındakı delimitasiya, demarkasiya məsələləri, sərhəddə yaranan insidentlərlə bağlı fikirlər səsləndirməsi bu ehtimalları biraz da artırdı.
"Qarabağda Rusiya-Türkiyə ortaq atəşkəsə nəzarət mərkəzi fəaliyyət göstərir. Bölgədə baş verənlərin birgə müşahidəsi Azərbaycan ərazisindəki texniki vasitələrdən istifadə etməklə həyata keçirilir. Bu, türk həmkarlarımızın prosesdə iştirak etdiyini hiss etməyə imkan verən ümumi razılaşmanın çox faydalı bir hissəsidir. Bu sabitləşdirici amildir", - açıqlamasını edən Rusiya xarici işlər naziri Sergey Lavrov bununla bir daha rəsmi Moskvanın Türkiyənin Cənubi Qafqaz regionunda mövcudluğunu qəbul etdiyini təsdiqlədi. Bəs Rusiya XİN rəhbərinin birdən-birə belə bəyanat səsləndirməsinin səbəbi nədir?

44 günlük müharibənin bitməsi növbəti soyuq müharibənin əsasını qoydu. Bunu regionda və dünyada gedən proseslərə nəzər saldığımız zaman daha aydın görmək mümkündür. Sanki ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifələrini icra edən Filip Rikerin 2 gün əvvəl Bakıya səfəri və etdiyi açıqlamalar şimal qonşumuzu yuxudan ayıltdı. Dövlət katibinin müavininin Bakıdan səsləndirdiyi "Tərəfləri (Ermənistan-Azərbaycan) məsələni tez bir zamanda dinc yolla həll etməyə çağırırıq. Tərəflər ATƏT Minsk qrupunun sədrliyi ilə substantiv danışıqları bərpa etməlidir" fikirlərdən bir gün sonra Rusiya XİN rəhbərinin belə bir açıqlama ilə çıxışı Kremlin bu Vaşinqton rəsmisinin Cənubi Qafqaza bu səfərinə görə ciddi narahatlıq keçirdiyindən xəbər verir.
Lavrovun ötən gün Qarabağ məsələsində Türkiyənin rolu ilə bağlı səsləndirdiyi fikirlər münaqişənin tənzimlənməsində Moskvadan əlavə yalnız Ankaranın əməyinin dəyərləndirilməsi kimi də şərh edilə bilər. XİN rəhbəri bu sözlərlə ATƏT-in Minsk Qrupunun digər iki həmsədr üzvündən biri ABŞ diplomatının Minsk Qrupunun sərhədlərin müəyyənləşdirilməsi prosesində iştirak arzusuna adekvat cavab verdi. Rusiya tərəfi bu bəyanatla münasibətləri çox gərilən Moskva-Vaşinqton maraqları fonunda Türkiyə kimi müttəfiqi yanında saxlamaq, əlini kürəyində hiss etmək istəyir.

Filip Rikerin Bakıya, ardınca İrəvan səfəri planından sonra Rusiya təhlükənin artıq qapısına kimi gəlib çıxdığını anladı. Ən əsası anladı ki, Nikol Paşinyanın son Fransa səfəri zamanı Rusiyanın II Qarabağ müharibəsində onlara kömək etmədiyindən məğlub olduqlarını iddia edən və Ermənistan-Azərbaycan sərhəddində baş verən son insidentlər zamanı Moskvanın neytral mövqe tutmasına görə ittiham dolu fikirlər səsləndirməsi parlament seçkisi öncəsi təşviqat kompaniyasında yalnız daxili auditoriyaya göndərilən bir mesaj deyil, eyni zamanda Ermənistan hakimiyyətinin Qərb siyasəti yolunu tutmaqda israrlı olduğunun təsdiqidir. Konkretləşdirsək, Rusiya artıq başa düşdü ki, İrəvan Rusiyaya xəyanət etdi.

Lavrov Ermənistanın regiona gəlişini istəyən və bunun üçün son zamanlar bütün imkanlarını səfərbər edən Ermənistan hərbi-siyasi rəhbərliyinə "Qarabağın statusu məsələsi aktual deyil" deməklə İrəvana bəlkə də son dəfə barmaq silkələdi. Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Cozef Bayden arasında Ermənistanda parlament seçkisindən dərhal sonra - iyunun 26-da baş tutacaq görüş isə Cənubi Qafqazdakı proseslərin də hansı məcrada davam edəcəyinə böyük ölçüdə aydınlıq gətirəcək.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
JONY ad və soyadını dəyişdi
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi





