Siyasət

Ermənilər Avropanın irinli yarasına dönür - FOTO

10 İyun 2021 10:51
Baxış: 1 483

XXI əsrdə Ermənistan qədər nasizm, neonasizm, irqçilik, rasizm (irqi ayrı-seçkilik), ksenofobiya və dözümsüzlük hallarının ən çox müşahidə edildiyi ikinci ölkəyə rast gəlmək mümkün deyil. Ermənistanın faşist, milliyyətçi gənclər hərəkatı, eləcə də irqçilik məqsədi daşıyan "Tseqakronizm" adlı hərəkatı yaratmış, milliyyətçi məqsədlərinə çatmaq üçün "Hitlerlə hərəkət etməyi öyrənməliyik" deyən Qaregin Njdeni milli qəhrəman elan etməsi bunun bariz nümunələrindən biridir. 

Ermənistanda 2004-cü ildə hakim partiyanın "Qaregin Njde və onun təlimləri"ni nəşr etdirməsi, 2016-cı ildə Ermənistanın paytaxtı İrəvanda, hökumət binasının yanında 6 metrlik yüksəklikdə ucaldılan Njdenin abidəsinin açılışı buna növbəti sübutdur. Bu abidə nasizm qurbanlarının, eləcə də faşistlər əleyhinə mübarizə aparmış əsgərlərin xatirəsinə təhqirdir. Faşizmin təbliği və təşviqi, ona xidmət etmiş canilərin əbədiləşdirilməsi Ermənistanda dövlət siyasətinə çevrilib.

Bu günə kimi də dözümsüzlük və nifrət zəminində çağırışların sayının olduqca çox olduğu Ermənistanda öz yerli əhalisindən və barmaqla sayılacaq sayda rus milliyətindən olan yaşlı sakinlərindən başqa xalqların, millətlərin nümayəndələri yoxdur. Bu faktın özü bir daha Ermənistanda irqi ayrı-seçkiliyin (rasizm) pik həddə olduğunu sübuta yetirən növbəti faktordur. Azərbaycan torpaqlarını işğal etmiş və xalqımıza qarşı insanlığa sığmayan qırğınlar törətmiş Ermənistan nəinki region, bütün dünya üçün böyük təhlükə mənbəyidir.

Bunun təsdiqi kimi bir neçə gün öncə Fransada ermənilərin küçədə qrup şəklində Qambiyadan olan qaradərilini döyərək öldürməsi faktını göstərmək kifayətdir. Hadisənin videosu görüntüsü bir daha erməni vəhşiliyini dünya ictimiyyəti üçün yaxından tanıtmaq baxımından olduqca vacib materialdır.  Fransanın Sent-Etyen şəhərində 28, 32 və 63 yaşlı 3 erməni 26 yaşlı qambiyalı gəncə dörd bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisə yerli sakinlərin gözü qarşısında baş verib. 

Ətrafdakı sakinlərin telefon vasitəsilə çəkib, sosial şəbəkələrdə paylaşdıqları videodan ermənilərin qəddarlığı aydın görünür. Videoda ermənilərin vurduğu bıçaq yaralarından müvazinətini saxlaya bilməyib yerə yıxılan qambiyalı gəncə erməninin hücum edərək təpikləməsi isə erməni barbarlığının növbəti təzahürüdür. Hadisədən sonra Sent-Etyen şəhərinin sakinləri erməni qatillərə görə ayağa qalxıb. Rasizm zəminində baş verən hadisəyə görə dünəndən etibarən afrikalılar ermənilərin törətdikləri qətl hadisəsinə etiraz nümayişi edərək, amansızcasına öldürülən qambiyalı Yusuf üçün ədalət tələb ediblər. Nümayişə Sent-Etyen şəhərinin merinin də qatıldığı qeyd edilir.
Fransa dövlətinin dərin irqçilik, anti-immiqrant və islamafob yol xəritəsini nəzərə alsaq, bu insident sırf cəmiyyəti qarışdırmaq üçün də atılmış addım ola bilər. Fakt isə faktığında qalır ki, ermənilər yenə sahiblərinə xidmət göstərirlər. 

Fransada Makronun ermənipərəst açıqlamalarından həvəsə düşən ermənilər özlərini burada immunitetli hesab edərək özbaşınalıqlara başlayıblar. Bu amansız qətl hadisəsi bir daha göstərir ki, ermənilər digər millətlərə, irqlərə nifrətlə yanaşırlar, imperialist qüvvələr üçün maşa qolunu, katalizator rolunu oynamaqdan əl çəkmirlər. Bu hadisə ermənilərin son illər törətdikləri ilk belə fakt deyil.

Hər il 24 aprel qondarma "erməni soyqrımı"nın ABŞ tərəfindən tanınması ərəfəsində xüsusilə canfəşanlıq göstərən erməni lobbisi bu il də ənənəsinə sadiq qaldı. ABŞ-ın yeni prezidenti Co Baydenin "soyqrımı" ifadəsini işlətməsi belə erməni lobbisinin 44 günlük II Qarabağ müharibəsindəkı ağır məğlubiyyəti qəbullandıra bilmədi. Düşmən okeanın o tayında belə yenə öz məkirli niyyətini, xislətini bütün dünyanın gözü qarşısında nümayiş etdirdi. Belə ki, bu ilin 24 aprel ərəfəsində Los Ancelesdə erməni milliyyətçiləri tərəfindən azərbaycanlılara qarşı zorakılığa səsləyən aksiya keçirildi. Los Ancelesin mərkəzində Erməni Gənclər Federasiyası və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni etnik zorakılığa çağırışlar edərək "edam" etmələri hadisəsi azğınlaşmış erməni idarəçiliyinin dərinləşən nasizm nümunəsi olsa da, "demokratiyanın beşiyi"ndə onlara gözün üstə qaşın var deyən tapılmadı. 

Təxminən eyni vaxtda ermənilər tərəfindən növbəti vəhşilik Fransada türk ailəyə qarşı törədilib. Aprelin 24-də 40 nəfərə qədər erməni əllərində beysbol dəyənəyi, bıçaq və dəmir parçaları ilə həmin türk ailənin evinə soxulublar. Hətta ermənilər silahla havaya atəş də açıblar. Hücum edən ermənilərin içərisində 44 günlük müharibə zamanı Qarabağa gedən ermənilərin də olduğu müəyyən edilib. Hadisə nəticəsində türk ailənin 4 üzvü yaralanıb. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Bu hadisələrin eyni ərəfədə baş verməsi sifarişin eyni mənbədən olduğu və öncədən planlaşdırıldığını göstərir. 

Bu dözümsüzlük təkcə Azərbaycana və Türkiyəyə qarşı deyil, bu, daha geniş vüsət alıb. Dünya çapında Ermənistan ən çox antisemitizim çağırışları edən ölkədir. BMT Baş Assambleyası tərəfindən dəfələrlə illik əsasda "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, rasizm, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və digər növlərinə qarşı mübarizə" adlı qətnamələr qəbul edilib. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi tədbirlər görməlidir, əks halda Ermənistan dünya üçün böyük təhlükəyə çevriləcək.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.