Siyasət

Prezident İlham Əliyev: Azərbaycan COVID-ə qarşı vaksinlərin ədalətli və bərabər bölünməsini dəstəkləyib

20 May 2021 19:56
Baxış: 682

Dünyada BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına üzv olan dövlətlər Azərbaycanın bu quruma sədrliyini dəstəkləyiblər. Bu qurumun sədri kimi Azərbaycan COVID-lə mübarizəyə həsr olunmuş xüsusi sessiyanın təşkil edilməsi təşəbbüsünü irəli sürüb və bu sessiya keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı müzakirələrdə bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan bir çox ölkələrin tələbatlarından dəfələrlə daha çox vaksin sifariş etməsinə qarşı çıxıb, vaksinlərin ədalətli və bərabər bölünməsini dəstəkləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.