"Fransa prezidenti Makron öz erməni "sevgisindən" əl çəkmir"
Çox təəssüf ki, Fransa prezidenti Makron öz erməni sevgisindən əl çəkmir. Mən bir şeyi başa düşmürəm. Makronun öz ölkəsində problemlər yoxdur ki, hər şeyi kənara qoyub Azərbaycanın daxili işlərinə qarışır? Bəyanat verir ki, Azərbaycan öz ordusunu Ermənistanın ərazisindən çıxartmalıdır, Fransa Ermənistan xalqını dəstəkləyib və bundan sonra da dəstəkləyəcəkdir. Bu Makrona deyən lazımdır ki, birtərəfli Ermənistanı dəstəkləyirsənsə, sənin ATƏT-in Minsk Qrupunun həmsədriliyində nə işin var? Deyəsən, Makron yaddan çıxardıb ki, Fransa rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, bu gün Azərbaycanın Dövlət Sərhəd Xidməti elə Fransanın da tanıdığı sərhədlərini bərpa edir: "Azərbaycanın ordusu Ermənistanın ərazisində deyil və qarşı tərəfdən fərqli olaraq, ölkəmizin heç də başqa ölkənin torpaqlarında gözü yoxdur. Həm də ölkəmiz ərazimizin bir qarşını da ermənilərə güzəştə getmək fikrində deyil. Azərbaycanın Sünik vilayəti ilə sərhəddə demarkasiya işlərini aparıb sərhəd postlarının qurulmasını Ermənistan siyasiləşdirirsə, bu onların özlərinin daxili işidir. Biz isə öz sərhədlərimizi möhkəmləndiririk. Hətta cənab Makrona xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağ adında bir inzibati ərazi də yoxdur.
Azərbaycan öz ərazi bütövlüyünü 44 günlük müharibədə, döyüş meydanında təmin edib. Sizin Azərbaycanın daxili işlərinə qarışmağa heç bir haqqınız yoxdur. Əgər sizi ermənilərin taleyi düşündürürsə, bir məsləhət verim. Fransada ermənilərin kompakt yaşadığı Marsel şəhəri var. Bu gün Qarabağda sizin statistikanıza görə cəmi 40-50 min erməni məskunlaşıb. Bu, Fransa üçün heç də böyük say deyil. Marsel şəhərini ermənilərin dövləti elan edin və Qarabağda yaşayan erməniləri də oraya aparın. Qoy, onlar da bir gün görsünlər, Fransanın dəstəyindən yararlansınlar.
Deyirsiniz ki, Fransa inkişaf etmiş ölkədir. Əgər belədirsə, Qarabağda məskunlaşmış bir ovuc erməninin sizn inkişaf etmiş ölkənizdə yaşamasına niyə imkan yaratmırsınız?! Əgər siz cənab Makron, Qarabağda yaşayan erməniləri Fransaya aparsanız, regionda tam sakitlik yaranar və gələcəkdə artıq söz-söhbət üçün mövzu qalmaz. Əgər siz belə addım atmasanız, biləcəyik ki, sizin ermənilərə sevginiz yoxdur, sadəcə regionda yenidən müharibənin alovlanmasına və erməniləri Azərbaycanın müzəffər ordusuna yenidən məhv etdirməkdə maraqlısınız.
Biz bilirik ki, siz Fransada ermənilərə nə torpaq verən deyilsiniz, nə də erməniləri yeri gələndə dəstəkləyən deyilsiniz. Sadəcə, susun ki, Cənubi Qafqazda dayanıqlı sülh yaransın, ölkələr bir-birinin dövlət sərhədlərini tanıyaraq qonşuluq münasibətlərini inkişaf etdirsinlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın





