Siyasət

Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb

4 May 2021 16:54
Baxış: 220

Azərbaycanda 2020-ci il üzrə maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb.

Mərkəzi Seçki Komissiyasından Milli.Az-a verilən məlumata görə, indiyə qədər 47 siyasi partiya maliyyə hesabatlarını təqdim edib.

Qeyd edək ki, Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idilər.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.