Siyasət

SAM direktoru Böyük Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edib

29 Aprel 2010 10:11
Baxış: 251
Milli.Az xəbər portalı "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev Böyük Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) "Azərbaycanın müasir geosiyasəti" mövzusunda keçirilən "dəyirmi masa"da bildirib. O, Dağlıq Qarabağ münaqişəsi, Türkiyə-Ermənistan münasibətləri, İran, ABŞ-la əlaqələrlə bağlı sualları cavablandırıb.

Türkiyə ilə Azərbaycanın xüsusilə Cənubi Qafqazdakı məsələlərdə birgə fəaliyyət göstərdiyinə və hər zaman bir-birinə yardımçı olduğuna diqqəti çəkən Elxan Nuriyev Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinə dair protokolların ratifikasiyasının dondurulmasının təəccüblü olmadığı və əvvəlcədən gözənildiyini bildirib.

İran mövzusuna toxunan Elxan Nuriyev deyib ki, rəsmi Tehranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik təşəbbüsü Azərbaycan tərəfindən məmnuniyyətlə qarşılanıb. Onun sözlərinə görə, bu məsələ hələlik yalnız təklif səviyyəsindədir və İran bununla bağlı konkret addım atmayıb. E.Nuriyevin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində daha çox iş görə bilərlər: "İranın vasitəçilik təklifinin necə inkişaf edəcəyinə baxacağıq. İran bizim vacib qonşumuzdur. İran İraq kimi deyil və orada baş verənlər bütün Yaxın Şərqə təsir göstərəcək.

ABŞ-Azərbaycan münasibətlərindən danışan Elxan Nuriyev bildirib ki, ABŞ Azərbaycanla birbaşa əlaqələr qurmalıdır, Rusiyanın vasitəçiliyi ilə yox: "Qərbin Azərbaycanla bağlı daha təsirli və praqmatik strategiya hazırlamasını istəyirik. Amma Obama administrasiyanda bunu görmürük".

E.Nuriyev bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əlindən gələni etsə də, Ermənistan sülh və anlaşma üçün eyni qərarlılığı nümayiş etdirmir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.