Siyasət

"Rusların köməyi ilə qüdrətli erməni ordusu quracağıq" - Paşinyanın “sağ əli” sərsəmlədi

24 Aprel 2021 10:31
Baxış: 2 198

44 günlük Qarabağ müharibəsində üzləşdikləri fiaskodan dərs çıxarmayan Ermənistan hakimiyyəti yenə öz ampluasındadır. Kütləyə yönəlik bəyanatlar verməkdə davam edərək revanşizmdən, itirilən torpaqları geri qaytarmaqdan dəm vurmağa çalışırlar. Bu tip bəyanatların səslənməsi də başa düşüləndir. Qarşıdan Nikolun taleyini həll edəcək seçkilər gəlir. İnsanların könlünü və səsini yalnız bu tip bəyanatlar səsləndirməklə almağa çalışırlar. Bu dəfə baş nazir Nikol Paşinyandan estafeti Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan alıb. "RİA Novosti"yə gülüş doğuran biabırçı müsahibəsində revanşizmdən, Azərbaycanın azad etdiyi torpaqları geri qaytarmaqdan dəm vurub.

Forpost ölkənin TŞ sədri əvvəlcə Moskvaya səfəri öncəsi Azərbaycanla hansı şərtlərlə sülh müqaviləsi imzalamağın mümkünlüyünə toxunub. Elə danışıb ki, sanki sülh bəyanatını imzalamaq üçün Azərbaycanın qarçısında diz çöküb yalvaran bunlar yox, Azərbaycan olub. "Soros"un aktivlərindən olan və vaxtilə Rusiyaya qarşı çıxan Qriqoryan indi nəyi var ruslara yarınmağa çalışıb.

Rusiyanı strateji müttəfiq adlandıraraq onun sülhyaratma missiyasının fəaliyyətini tərifləməyə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur bəyanatından keçirdikləri həyəcanı gizlətməyən TŞ sədri rəsmi Bakını ittiham etməyə çalışıb. 44 gündə başa çatan müharibəni analiz edərək həyasızcasına qondarma DQR-ın "sərhədlərinin" beynəlxalq səviyyədə tanındığını deyib. Ordusu məhv edilən, silah-sursatlarının Azərbaycan ordusu tərəfindən qənimət kimi götürüldüyünü "unudan" A.Qriqoryan ümidini ruslara dikdiklərini gizlətməyib. "Biz ümid edirik ki, Rusiyanın köməyi ilə qüdrətli erməni ordusunu quracağıq.

O ki qaldı silaha - ən müasir silahlar alacağıq", deyərək, pulu haradan alacaqlarına aydınlıq gətirə bilməyib. Qarabağ münaqişəsinin sona çatmadığını deyərək, münaqişənin güc tətbiq etməklə hllinin mümkünsüz olduğunu dilə gətirib.

Qeyd edək ki, qarşıdakı seçkilərə gəldikdə, Ermənistanda növbəti inqilabın baş vermə təhlükəsi güclü olaraq qalır. TŞ rəhbəri isə rus jurnasliti inandırmağa çalışıb ki, Ermənistanda siyasi sabitlik azad və ədalətli seçkilərin keçirilməsi ilə şərrtlənir. Misal kimi də, 2018-ci ildə baş verənləri göstərib.

Azər Nuriyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.