Siyasət

Qarabağda daha bir erməni hərbçisinin qalıqları tapıldı

17 Aprel 2021 21:04
Baxış: 772

İkinci Qarabağ müharibəsində itkin düşmüş daha bir erməni hərbi qulluqçunun qalıqları aşkarlanıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, erməni hərbçisinin meyiti Füzuli rayonunda aparılan axtarışlar nəticəsində aşkar edilib.

Meyitin şəxsiyyətini müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub.

Qeyd edilir ki, bununla da Qarabağda aparılan axtarışlar zamanı aşkarlanan itkin erməni hərbçilərin meyitlərinin sayı 1 543-ə çatıb. 

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.