Xalq Cəbhəsi - “Müsavat” cütlüyünün hakimiyyəti dövründə ölkə idarəolunmaz vəziyyətə düşmüşdü - Deputat
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi tarixi qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bunları qeyd etməklə yanaşı, onu da vurğulamaq vacibdir ki, Vətən müharibəsi zamanı minlərlə igid oğullarımızın qanı bahasına işğaldan azad edilmiş torpaqlar 29 il əvvəl məhz indiki radikal müxalifət təmsilçilərinin hakimiyyət hərisliyinin qurbanına çevrilmişdi. Məhz Şuşa şəhərinin, ardından isə Laçın rayonunun ermənilər tərəfindən işğal olunmasına şərait yaradan AXC-"Müsavat" cütlüyü bundan "tramplin" kimi istifadə edərək silahlı çevriliş nəticəsində hakimiyyəti qəsb etmişdi.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat qeyd edib ki, məhz AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü: "Aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı nitqində bu məqama toxunan Prezident İlham Əliyevin bəyan etdiyi kimi, onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir"
Vüqar İskəndərov bildirib ki, Xalq Cəbhəsi-"Müsavat" cütlüyünün hakimiyyəti dövründə ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü: "Cənab Prezidentin bildirdiyi kimi, kəndlər işğal altına düşürdü, Xalq Cəbhəsi-"Müsavat" hakimiyyəti Ermənistana benzin satırdı. Özləri də bunu etiraf etmişdilər. Bu barədə videomateriallar, kadrlar var. Özləri də etiraf etmişdilər ki, bu xəyanətin içindədirlər. Ordunu gücləndirmək, ordumuza dəstək vermək əvəzinə, ancaq öz hakimiyyətini möhkəmləndirirdilər".
"Amma bildiyimiz kimi, o vaxt Naxçıvan qorundu, qəhramanlıqla müdafiə olundu. Çünki Ulu Öndər Heydər Əliyev imkan vermədi ki, ermənilər blokada şəraitində olan Naxçıvanı işğal altına salsınlar, halbuki, dəfələrlə belə cəhdlər olub. Məhz Heydər Əliyevin qətiyyətindən güc alaraq orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki vətəndaşlar sinəsini qabağa verərək öz torpaqlarını müdafiə edirdilər. Bununla belə, həmin vaxt Xalq Cəbhəsi-"Müsavat" hakimiyyəti Naxçıvanla bağlı da xəyanətkar planı reallaşdırmağa cəhd göstərdi. Naxçıvan düşmənə qarşı mərdliklə sinə gərdiyi bir zaman onlar Bakıdan Naxçıvana hərbi desant göndərirdilər ki, Heydər Əliyevi hakimiyyətdən devirsinlər. Yəni, torpaqlar əldən gedir, ermənilər kəndlərimizi zəbt edir, onlar isə Naxçıvanda Heydər Əliyevə qarşı mübarizə aparırdılar. Bəli, göründüyü kimi bütün bunlar Xalq Cəbhəsi-"Müsavat" xəyanətkarlarının əməlləridir", - deputat əlavə edib.
Onun sözlərinə görə, məhz bu cütlüyün hakimiyyətdə olduğu müddətdə yaratdığı xaos, siyasi böhran, özbaşınalıq eyni zamanda 1993-cü ilin aprelində Kəlbəcərin də ermənilər tərəfindən işğal edilməsi ilə nəticələndi: "Məhz bu xaos və anarxiyanın fonunda da onlar 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verdilər. Azərbaycanı xəyanət girdabına yuvarlayan Xalq Cəbhəsi-"Müsavat" hakimiyyəti daha sonra vətəndaş müharibəsinə start verdi, Gəncəni bombaladılar. Təsəvvür edirsiniz, torpaqları işğal edilən bir ölkənin daxilində əsgərlər əsir götürüldü. Məgər bu xəyanət deyilmi? Amma təəssüflər olsun ki, bu dağıdıcılar ötən müddətdə baş verənlərdən nəticə çıxarmayıblar. Əksinə İkinci Qarabağ müharibəsi zamanında da ordumuza, haqq işimizə şər ataraq düşmənin dəyirmanına su tökdülər. Bu da onların xəyanətkar xislətlərindən heç zaman əl çəkməyəcəklərini bir daha təsdiqləyir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
XƏBƏR LENTİ
-
Fatma Bayramova vəfat etdi - (Foto)
-
“Son on ildə nə vaxt istirahət etdiyimi bilmirəm” - Marko Yankoviç
-
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı
-
Şavkat Mirziyoyev Vahid Ələkbərovla Özbəkistandakı layihələri müzakirə edib
-
Cabir İmanov oğluna gəlinsiz toy etdi - (Video)
-
Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub - (Foto)
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
İranda dollar yenidən kəskin bahalaşdı
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)
-
Xaçmazda iki məktəbli qardaşı maşın vurdu
-
İrkutskda naməlum xəstəlikdən ölüm: ÜST-dən açıqlama
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı - (Yenilənib)





