Siyasət

Hərbi əsir məsələsi artıq bağlanıb - Nazir

8 Aprel 2021 22:33
Baxış: 1 154

"Hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Öhdəliklərinə uyğun olaraq, Azərbaycan bütün hərbi əsirləri Ermənistana təhvil verib".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Biz bu məsələyə necə məsuliyyətli olduğumuzu sübut etdik. Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təhvil verib"-deyə, nazir bildirib.

Onun sözlərinə görə, üçtərəfli bəyanata uyğun olaraq, döyüş əməliyyatları zamanı götürülmüş bütün hərbi əsirlər Ermənistan tərəfinə təhvil verilib:

"Hərbçilər hərbi əməliyyatlar zamanı tutulanda əsir hesab edilir. Sonradan antiterror əməliyyatı nəticəsində tutulanlara əsir deyil, terrorçu deyilməlidir. Üçtərəfli razılaşmanın bütün tərəfləri öz öhdəliklərinə ciddi şəkildə əməl etməlidir. Sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan qoşunlarını Azərbaycan ərazilərinə göndərməyə cəhd edir".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.