“İskəndər - M” raketlərinin ermənilərin əlinə necə keçməsi ciddi araşdırılmalıdır - Siyasi şərhçi
ANAMA-nın Şuşa şəhərində "İskəndər-M" raketlərinin qalıqları aşkarlaması əlavə dəlil və sübutlara ehtiyacı olmayan faktdır və Azərbaycanın öz torpaqlarını işğalçılardan təmizləmək üçün həyata keçiridiyi hərbi əməliyyatlar zamanı ölkəmizə qarşı böyük dağıdıcı gücə malik operativ-taktik raket kompleksindən istifadə edilməsinə görə məsuliyyət istehsalçı ölkənin üzərinə düşür.
Milli.Az bildirir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli bildirib ki, məlum olduğu kimi, Rusiya tərəfi dəfələrlə bəyan edib ki, "İskəndər - M" Operativ-Taktik Raket Kompleksi yalnız Rusiya Silahlı Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulub və bu raket kompleksinin ikinci hər hansı bir ölkəyə satılması, yaxud verilməsi mümkün deyil:
"Sözügedən Operativ-Taktik Raket Kompleksinin yalnız ixrac variantının - "İskəndər-E" raketlərinin xarici ölkələrə satılması nəzərdə tutulub ki, bu kompleksin də dağıdıcı gücü "İskəndər-M"-dən iki dəfə azdır və həm də 50-280 kilometr məsafədə uçuş imkanına malikdir. "İskəndər-M" OTRK-da isə bu məsafə 500 kilometrdən artıqdır ki, bu da Rusiyanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir".
O qeyd edib ki, Azərbaycana qarşı "İskəndər-M" raketlərindən istifadə olunması faktı birbaşa və dolayısıyla "Silah ticarəti haqqında" Müqaviləyə, Ballistik raketlərin yayılmasının qarşısının alınması ilə bağlı Beynalxalq Davranış Kodeksinə, Strateji hücum silahlarının məhdudlaşdırılması ilə bağlı Müqaviləyə, Silah idxalı ilə bağlı Beynəlxalq Davranış Kodeksinə, "Avropada Adi Silahlar haqqında" Müqaviləyə və digər beynəlxalq sənədlərə ziddir:
"Bununla yanaşı, Ermənistanın Azərbaycanın mülki əhalisinə, infrastrukturuna, flora və faunasına daha çox ziyan vurmaq məqsədilə istifadə etdiyi və eyni zamanda Rusiya istehsalı olan bir çox silahlar var ki, bu silahlar da "Kasset sursatları haqqında" Konvensiyaya, "Ətraf mühitə hərbi və yaxud düşmənçilik məqsədilə təsir göstərmək üçün istifadə edilən istənilən vasitənin qadağan olunması haqqında" Konvensiyaya və Beynəlxalq Humanitar Hüququn prinsiplərinə ziddir. Bu isə öz növbəsində, beynəlxalq hüquqi məsuliyyət yaradır.
Bəlli olduğu kimi, Rusiya tərəfi Ermənistana "İskəndər-M" raketlərini satmadığını, yaxud vermədiyini deyir. Amma bu dağıdıcı silahdan Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə olunduğu faktlarla sübuta yetirilib. Belə olduğu təqdirdə, "İskəndər - M" Operativ-Taktik Raket Kompleksinin Ermənistanda və bu ölkənin vaxtilə işğalı altında olan Azərbaycan ərazilərində formalaşdırdığı qanunsuz hərbi birləşmələrin istifadəsində olması təsdiqləyir ki, bu raket kompleksi Ermənistana qanunsuz yollarla, silah ticarəti ilə məşğul olan cinayətkar qrupların vasitəsilə gətirilib. Yaxud Rusiya tərəfi Ermənisitana "İskəndər-M" raketlərini satılması ilə bağlı məsələdə həqiqəti deməyib və ya bu barədə sözügedən ölkənin rəhbərliyinə doğru məlumat verməyiblər. Bütün hallarda, fakt ciddi araşdırma tələb edir.
Əgər "İskəndər-M" raketləri Ermənistana qeyri-qanuni yollarla satılıbsa, yaxud verilibsə, o zaman belə silahların beynəlxalq terror şəbəkəsinin və digər cinayətkar qrupların əlinə keçməsi də mümkündür. Bu isə sülhə və təhlükəsizliyə qlobal təhdid yaradan amil kimi dəyərləndirilməli və beynəlxalq miqyasda müzakirələrə, araşdırmalara yol açmalıdır. Əks təqdirdə, dünyanın heç bir ölkəsi, hansısa separatçı, yaxud terrorçu qrupların hədəfinə çevrilməkdən sığortalanmayıb.
Azərbaycana qarşı böyük dağıdıcı qüvvəyə malik "İskəndər-M" raketlərindən, həmçinin qadağan edilmiş silahlardan istifadə edilməsi Ermənistanın nə qədər məsuliyyətsiz və təhlükəli bir dövlət olduğunu nümayiş etdirir. Bu isə Ermənistana silah satışının ciddi beynəlxalq nəzarət altında həyata keçirilməsini və haqqında söz açdığın Konvensiya və Müqavilələrə uyğun olaraq, bu ölkəyə qarşı bir sıra məhdudlaşdırıcı addımların atılmasını zəruri edir".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)





