Ermənistana "İsgəndər M"i kim verib? - Amerikalı ekspertdən AÇIQLAMA - ÖZƏL
Şuşa şəhərində qalıqları aşkarlanmış "İsgəndər"lərlə bağlı məsələ müəmmalı hal almağa başlayır. Ermənistan silahlı qüvvələrinin atdıqları raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib. Mütəxəssislər tərəfindən ərazidə raket qalıqlarına baxış zamanı "9-M-723" raketin olduğu müəyyən olunub. Hansı ki, onun kod adı "İskəndər" olduğu müəyyən olunub.

Qalıqlardakı yazılar göstərir ki, bu raket "İsgəndər" Operativ-Taktiki Raket Kompleksinin (OTRK) ixrac variantı olan "E" yox, "M"dir. Yəni Rusiya tərəfinin dediyinə istinad etsək, bu, Ermənistana və ya hər hansı başqa ölkəyə satılmış variant deyil. Bu 9-M-723 sadəcə Rusiya Silahlı Qüvvələrində olan "İsgəndər" raketi variantıdır.
Bəs Ermənistan bu "İsgəndər M"ləri haradan əldə etdi?

Məsələ ilə bağlı amerikalı hərbi ekspert Ben Minik Milli.Az-a danışıb:
"Bu silahın istifadəsinin təsdiqlənməsi məni təəccübləndirmir. Rusiya bunu birbaşa Ermənistana verməmiş ola bilər və bu da hər iki tərəfin bu vəziyyətdə həqiqəti söyləməsinə imkan verərdi. Ancaq bu, Ermənistanın başqa bir mənbədən əldə edib istifadə etmədiyi anlamına gəlmir. Ruslar bu silahı çox sayda insana satmış ola bilərlər".

Xatırladaq ki, "İsgəndər" raketlərinin bu qalıqları martın 15-də Şuşa şəhərinin minalardan təmizlənməsi zamanı aşkar edilib. Raketin qalıqları bir-birindən 780 metr məsafədə olub. Aparılmış təhqiqat nəticəsində məlum olub ki, Şuşa şəhəri istiqamətində "İsgəndər-M" raketi buraxılıb.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı





