Dünya

Portuqaliya, Sloveniya və daha bir neçə ölkə “AstraZeneca” peyvəndinin istifadəsini dayandırıb

16 Mart 2021 07:55
Baxış: 958
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Portuqaliya və Sloveniya ingilis-isveç şirkəti "AstraZeneca"dan alınan koronavirusa qarşı peyvəndin istifadəsini dayandırmaq qərarına gəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha əvvəl bir sıra ölkələr peyvənd edilənlərdə təhlükəli dərəcədə qan laxtalanmasına səbəb olması şübhəsi ilə "AstraZeneca" istehsalı peyvəndin istifadəsinə müvəqqəti qadağa qoyublar.

Bildirilir ki, bu ölkələr sırasına artıq Bolqarıstan, Almaniya, Danimarka, İndoneziya, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Konqo Demokratik Respublikası, Hollandiya, Norveç, Rumıniya, ayrıca Tayland və Fransa əlavə olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.