Siyasət

Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan

6 Mart 2021 19:33
Baxış: 943

Ermənistanın Dağlıq Qarabağdakı işğalına son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Mavi Vətən 2021" təlimlərində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan qeyd edib ki, bu addımları atarkən, əlbəttə ki, biz genişlənmə, müdaxilə etmə düşüncəsiylə hərəkət etməmişik:

"Hər zaman dediyimiz kimi, heç bir ölkənin torpağında, dənizində və suverenliyində gözümüz yoxdur. Biz sadəcə Vətənimizi və hüquqlarımızı qorumağa çalışırıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.