Erməni amerikalını şoka saldı: "Yəhudilər siçovullardır, onları məhv etmək gərəkdir" - VİDEO
Amerikalı müstəqil jurnalist, YouTube-dakı "PL NewsToday" kanalının sahibi Patrik Lankaster Dağlıq Qarabağdan Ermənistana yollanıb. O, İrəvanda Müdafiə Nazirliyinin önünə toplaşmış erməni valideynlərin etiraz aksiyası ilə bağlı reportaj hazırlamışdı. Həmin reportajda erməni valideynlər hərbi xidmətdə olan övladlarının mülki geyimdə, inşaat materialları daşıyan avtomobillərdə Qarabağa aparılmasına etiraz edirdilər.
Son videosunda isə P.Lankaster Ermənistanda sürətlə artan antisemitizm və ifrat millətçilikdən bəhs edib. Monoetnik dövlətə çevrilmiş Ermənistandakı bu vəziyyət amerikalı jurnalisti də şoka salıb.
"Həqiqətən də, absurd baş verib. Bilirsiniz ki, irqçiliyə qarşı çıxıram, günahsız insanların təqibini heç zaman dəstəkləmirəm. Çox sakit adamam. Lakin burada bir neçə nəfərə rast gəldim ki, dərisinin rəngi fərqli olanlarla bağlı dəhşətli və iyrənc mövqeləri var. Belə hallara sakit baxa bilmirəm", - Lankaster deyib.
Videoda Patrik Lankaster İrəvanın mərkəzindəki Respublika Meydanında qarşılaşdığı erməni ilə danışır.
Dialoqu təqdim edirik:

Erməni: Svastika Hind-Avropa ari xalqların simvoludur. Nuhun üç oğlu vardı - Yafes, Ham və Sam. Bütün ağdərili ari Hind-Avropa xalqları Yafəsin törəmələridir. Atlantidanın, ari və Hind-Avropa xalqlarının mənşəyini uzun müddət araşdırmışam. O cümlədən, uzun müddət svastikanı tədqiq etmişəm. Svastika kosmos, Tanrı enerjisinin simvoludur.
Patrik Lankaster: Nasistlər barədə nə düşünürsünüz?
Erməni: Bilirsiniz, Adolf Hitler o zaman svastikanı götürdü, o, bunu şər məqsədlə etdi. Əslində, svastika tərsinədir. Onun müsbət energetik sistemi var.
- Nasistlərin əleyhinəsiniz, ya lehinə?
- Bilirsiniz...
- Nasistlər ucbatında çoxlu insan öldü. Siz nasizmin lehinəsiniz, ya əleyhinə?
- Əleyhinəyəm. Çünki Adolof Hitler hakimiyyətə gələndən sonra, sadəcə, yəhudilərlə qaraçıları yox, ağdərili həmcinslərini də öldürdü.
- Yəni, sadəcə, yəhudilərlə qaraçılar öldürülsəydi, lehinəsiniz? Hə, ya yox?
- Lakonik və yaxşı deyim - əgər parazitizmlə məşğul olan millət başqa xalqa aşkar və gizli şəkildə zərər verirsə, cəza olmalıdır. Amma mən soyqırıma qarşıyam.
- Yəni siz hansısa xalqlara, məsələn, yəhudilərə və qaraçılara qarşısınız?

- Qaraçılara qarşı?
- Hitler yəhudilərlə qaraçıları məhv edib. Bunun lehinəsiniz, ya əleyhinə?
- Bilirsiniz, qaraçıları parazit millət kimi məhv ediblər. Yəhudilər isə təxribatçılıqla məşğul olduğuna görə Hitler onları öldürüb. Yəhudilərin qanlı pulları vardı.
... Bu yerdlə Lankaster hiddətlənir:
- Yaxşı, daha bir sual. Yəhudilər və ya qaraçılar kimi insanları öldürmək normaldır?
- Fərqi yoxdur. Yəhudilər çox ziyankar millətdir. Əgər onlar normal davransalar, Tanrı qanunlarına riayət etsələr, onlara toxunmayacağıq. Amma yenə murdar işlərlə məşğul olsalar...
- İnsanları öldürmək yaxşıdır?
- Hə.
- Bunun yaxşı olduğunu necə deyə bilərsən?
- Evinizdə siçovullar varsa, onlarla birlikdə yaşayacaqsınız?
- Yəhudiləri siçovullarla müqayisə edirsiniz?
- Siçovullar varsa, bu, yaxşı ola bilər?
- Yəni Hitler Avropanı ev təsəvvür edirdi? Bu, idiotizmdir. İnsanları öldürmək yaxşı ola bilməz. Demək, siz nasistsiniz?
- Mən millətçiyəm. Nasistlə millətçi arasında fərq var. Böyük fərq.
- Hansı təşkilatdansınız?
- Mən millətçiyəm?
- Hansı təşkilatdan, qrupdan?
- Hərəkatımız erməni milli maraqlarını qoruyan millətçi təşkilatdır.
- Dəqiq adı nədir? Millətçilik pisdir...
- Bəs amerikalıların Vyetnamda insanları öldürmələri yaxşıdır?
- Yox. Bu, yaxşı deyil.
- Əgər bu xalq sənə düşmən kimi yanaşırsa, nifrət edirsə...
- Əgər insan başqalarını öldürməyin yaxşı olduğunu düşünürsə, həbsxanaya salınmalıdır.
- Sənə bir söz deyim və gedim. Bilirsiniz ki, 1915-ci ildə ermənilərin soyqırımını yəhudilər təşkil etmişdilər? Bütün təşkilatçılar yəhudilərdi. Ənvər paşa, Tələt paşa - bütün o dəstə. Pantürkçü rəhbərlər yəhudilərdi.
- Təşəkkür edirəm.
- Düşün bu barədə.
... Şərhə ehtiyac yoxdur. Patrik Lankaster Ermənistanda artıq adiləşmiş irqçiliyin, antisemitizmin və zooloji millətçiliyin şahidi olub.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
XƏBƏR LENTİ
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)





