Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xarici KİV-lər dörd saatdan çox davam etmiş mətbuat konfransında Prezident İlham Əliyevin jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdığını, vacib məsələlərə toxunduğunu, bir sıra önəmli mesajlar verdiyini qeyd ediblər.
Türkiyənin "Anadolu", İHA, "Sputnik Türkiye" xəbər agentliklərində, "Haberler" portalında, "TRT Haber", "Haber Türk", "CNN" "Haber Global", "A Haber", "NTV" telekanallarında, "Yeni şafak", "Hurriyet", "Posta", "Milliyet", "Sabah" qəzetlərində yayılmış məlumatlar "Azərbaycan Prezidenti Əliyev: Azərbaycanda türk Ordusunun kiçik modelini quracağıq", "Əliyevdən Ordumuza böyük qiymət: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq", "Azərbaycan Prezidenti Əliyevdən Ermənistandakı hərbi çevriliş cəhdi haqqında açıqlama", "Azərbaycan Prezidenti İlham Əliyev: Türk Ordusu bizim üçün ən məqbul modeldir", "Ərdoğan və Əliyevdən Ermənistana mesaj", "Azərbaycan Prezidenti Əliyevdən mühüm açıqlamalar" və s. sərlövhələrlə təqdim edilib.
Rusiyanın "TASS", "Ria Novosti", "İnterfaks", "Vestnik Kavkaza", "Regnum" agentlikləri, "RBK", "RT", "Vesti", "360" telekanalları, "Arqumentı i faktı", "Nezavisimaya qazeta", "Kommersant", "İzvestiya", "Rossiyskaya qazeta", "Vzqlyad" qəzetləri, "Life", "Lenta" saytları Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işləri, Azərbaycanda vaksinasiya prosesi, üçtərəfli Bəyanatın icrası barədə fikirlərini geniş şərh ediblər.
Rumıniyanın "Ultima Ora" (Son saat) qəzeti və "News24hours" xəbər portalı, Yunanıstanın "Real Group Media" şirkəti, Ukraynanın "Obozrevatel", "Podrobnosti", "Stopcor", "Baqnet", "Tsn", "Dialog", "Korrespondent", "Polemika" xəbər portalları Azərbaycan Prezidentinin mətbuat konfransının dünya ictimaiyyətinə önəmli mesajların çatdırılması baxımından mühüm rol oynadığını qeyd ediblər. Materiallarda bildirilir ki, Prezident İlham Əliyev mətbuat konfransında müxtəlif regional məsələlərlə bağlı jurnalistlərin suallarını 4 dildə dəqiq, səlis və məntiqli cavablandırıb. Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğu vurğulanıb.
Çinin milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası və digər media orqanları Prezident İlham Əliyevin mətbuat konfransında vaksin mövzusundakı fikirlərinə geniş yer veriblər. Çin KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransında çinli tərəfdaşların vaksin təchizatına dair öhdəliklərini yerinə yetirməsi barədə xoş sözlərini də təqdim ediblər.
Livanın "Al-Masdar News" xəbər saytının, İranın "Mehr" xəbər agentliyinin və "Iran Daily" qəzetinin yaydığı informasiyalarda Prezident İlham Əliyevin mətbuat konfransında bölgədəki mövcud vəziyyət, region ölkələrinin əməkdaşlığı ilə bağlı fikirləri əks olunub.
Qırğızıstanın "Goldenbridgenews" və "Turkeltoday" portalları isə Prezident İlham Əliyevin mətbuat konfransının mətnini tam şəkildə yayıblar.
Gürcüstanın "1tv" kanalı, "Pia", "Kvira" "Imedi News", "For", "Report", "Aktual", "Interpress", "Gaxa", "Marneulifm" saytları dövlətimizin başçısının mətbuat konfransında səsləndirdiyi fikirləri geniş oxucu auditoriyasına çatdırıblar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto-Video))
XƏBƏR LENTİ
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu





