Beynəlxaq məhkəmə Xocalı soyqırımını tanımalıdır - Politoloq
Azərbaycan Ordusu Xocalı soyqırımının qisasını cəbhədə alsa da, beynəlxaq məhkəmə bu faciəni soyqırımı kimi tanımalı, cinayətkarlar cəzasını almalıdırlar.
Milli.Az bildirir ki, bunu Trend-ə AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, politoloq Ramilə Dadaşova deyib.
Onun sözlərinə görə, Xocalı soyqırımı törədilənə qədər Ermənistan tərəfindən azərbaycanlılara qarşı bir çox soyqırımılar həyata keçirilmişdi. Ermənistandan göndərilən silahlı dəstələr tərəfindən 1991-ci ilin iyun-dekabr aylarında Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Meşəli, Cəmilli, Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Umudlu, Kərkicahan və s. strateji əhəmiyyətli yaşayış məntəqələri yandırıldı, yüzlərlə azərbaycanlı qətlə yetirildi, yaralandı, əsir götürüldü.
Xocalının işğalı zamanı azərbaycanlıların soyqırımında 613 nəfərin vəhşicəsinə, işgəncələrlə qətlə yetirildiyini deyən alim qeyd edib ki, həmin gecə Xocalı sakinləri ilə bərabər, 1988-ci ildə Ermənistandan qaçqın düşərək Xocalıya pənah gətirmiş insanlar, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mərkəzi olan Xankəndi şəhərini işğal edən zaman məcburi köçkün olmuş insanlar və 1989-cu ildə Fərqanə (Özbəkistan) hadisələri zamanı Azərbaycana sığınmış Axıska türkləri (onlar 54 ailə idi) də bu dəhşətli soyqırımın qurbanı oldular:
"Xocalıda insanlar xüsusi qəddarlıqla qətlə yetirildilər. Tək bir misal çəkmək istəyirəm. Fransada qondarma "erməni soyqırımı" barədə arxiv materiallarını araşdıran türk araşdırmaçı Əli Rzaoğlu "Xocalı erməni generallarının xatirələrində" adlı araşdırmasında Xocalı soyqırımında iştirak etmiş 34 erməni hərbçisinin xatirələrini təqdim edir. Kanadada yaşayan erməni Vasili Stardiyan onunla müsahibədə bildirib ki, Xocalıdan və Qarabağdan olan 170 uşağın daxili orqanlarını əməliyyat yolu ilə çıxararaq, Avropaya, ABŞ-a satıb".
R.Dadaşova bildirib ki, Azərbaycan Ordusu Xocalı soyqırımının qisasını cəbhədə aldı, işğal edilmiş ərazilərdə Azərbaycan bayrağı dalğalandırıldı. Bununla belə, Beynəlxalq Məhkəmə Xocalı soyqırımını soyqırımı kimi tanımalıdır, cinayətkarlar cəzasını almalıdırlar. "Soyqırım" anlayışının hüquqi mənası BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə edilən hərəkətlər soyqırım hesab ediir. Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır.
Məhz azərbaycanlı olduqlarına görə Ermənistanın Xocalı əhalisinə qarşı soyqırım həyata keçirdiyini deyən politoloq qeyd edib ki, Xocalıda törədilənlərə soyqırım kimi qiymət verməyə istinad ediləcək beynəlxalq hüquq normaları və müqavilələr var. Bunlar BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş, 1951-ci ildə hüquqi qüvvəyə minmiş Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında konvensiya, Nürnberq Hərbi Tribunallarının Nizamnaməsi, Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsinin 4-cü maddəsi, Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsinin 1-ci maddəsi, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 6-cı maddəsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsi; Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanıdır.
Bu beynəlxalq hüquq sənədləri əsas verir ki, Xocalı soyqırımını törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması həyata keçirilsin. Soyqırım törətmiş şəxslərə universal yurisdiksiyanın prinsipləri tətbiq edilməlidir. Rəhbərlər soyqırım cinayətinin qarşısını almaq üzrə hərəkətləri həyata keçirmədikləri üçün məsuliyyət daşıyırlar. Soyqırım cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmələri üçün tələb edən ölkəyə verilməlidirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğan, Tokayev və Japarov “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev: TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır
-
Prezident İlham Əliyev: Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur
-
Prezident İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb
-
XİN İsrail hökumətinin “erməni soyqırımı” ilə bağlı qərarına reaksiya verib
-
Hörmüz boğazı üzrə ABŞ və İran arasında görüş gözlənilir
XƏBƏR LENTİ
-
İyunun 30-da Yer kürəsində güclü maqnit qasırğası gözlənilir
-
Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı
-
Kredit pullarının verilməsində yeni qayda: Vəsaitlər nə vaxt hesaba köçürüləcək?
-
“Qarabağ”dan ayrılan Ramil Şeydayev üçün yeni təklif
-
Azərbaycanda hansı dərmanların reklamı qadağandır? - RƏSMİ AÇIQLAMA
-
Sumqayıtda 1000-dən çox abonentin qazı kəsiləcək
-
Sürücülük hüququ olmayan şəxsin narkotik istifadə etdiyi müəyyən olunub
-
Venesuelada zəlzələ qurbanlarının sayı 1450 nəfərə çatıb
-
Bakıda mansard mənzillərlə adi mənzillər arasında qiymət fərqi nə qədərdir? - ARAŞDIRMA
-
İşğaldan azad bölgələrdə 1696 hektardan çox ərazi təmizlənib
-
Hansı hallarda bəraət hökmü çıxarılır? - Hakimdən açıqlama
-
Bakıda Ağ Amerika kəpənəyinə qarşı mübarizə gücləndirilib - Ağaclarda dərmanlama işləri aparılır
-
Azərbaycanda 63 yaşlı qadın ana oldu - (Video)
-
Ərdoğan, Tokayev və Japarov “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb
-
Baş prokuror Xətai rayonunda vətəndaşları qəbul edəcək
-
Dövlət Xidmətindən məzuniyyət açıqlaması: Günləri bölənlərin pulları necə ödənilir? -
-
"Türk Dünyası Həftəsi"nin rəsmi açılış mərasimi keçirilib - Yenilənib (Foto)
-
Gəncədə şagirdi qətlə yetirən yeniyetməyə 10 il həbs verildi
-
Prezident İlham Əliyev: TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır
-
Prezident İlham Əliyev: Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur
-
Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
-
Prezident İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb
-
Netanyahu Ərdoğandan Trampa şikayət edəcək
-
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər - (Foto)





