Ceyhun Bayramov: “Türkiyənin regionda dayanıqlı sülhün təmin edilməsində rolu böyükdür”
"Bu gün biz həm ikitərəfli formatda geniş müzakirələr apardıq, həm də üçtərəfli formatda maraqlı müzakirələrimiz oldu".
Milli.Az APA-ya istinadən xəbər verir ki, Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında bu fikirləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
Nazir deyib ki, Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə inkişaf edir: "Liderlərimizin bilavasitə iştirakı ilə bu münasibətlər günü-gündən artır. Türkiyə Respublikasının Prezidenti başda olmaqla bütün Türkiyə cəmiyyətinin 44 günlük savaşda Azərbaycanın yanında olduğuna şahidik. Böyük məmnunluq hissi ilə deyə bilərəm ki, üçtərəfli bəyanat əsasında imzalanmış sazişi ilə, regionda yeni təhlükəsizlik formatı təyin edilib. Artıq Rusiya-Türkiyə Birgə Mərkəzi fəaliyyətdədir, Türkiyə Qarabağda minalanmış ərazilərin təmizlənməsində çox fəal iştirak edir. Türkiyənin regionda dayanıqlı sülhün təmin edilməsində rolu böyükdür".
C.Bayramov deyib ki, Ankarada olan ikitərəfli görüş çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu, müştərək neft və qaz layihələri ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb: "Pandemiya ilə əlaqədar 2020-ci ildə qardaş Türkiyə ilə əlaqələrimizdə bir sıra məhdudiyyətlər olsa da, fevralın 19-da iki ölkə arasında Hökumətlərarası Əməkdaşlıq Komitəsinin iclasında 53 bənddən ibarət sazişin imzalanması çox qısa müddətdə əlaqələrimizin inkişafını daha da sürətləndirəcək".
Nazir deyib ki, Azərbaycanla Türkiyə arasında ötən il şəxsiyyət vəsiqələrinin sərhədkeçmə sənədi olaraq qəbul edilməsi ilə bağlı qəbul edilən sazişin iki dövlət arasında bütün prosedurları başa çatıb: "Yaxın zamanlarda bu sazişin tətbiqi elan ediləcək".
Üçtərəfli görüşün əhəmiyyətini vurğulayan Ceyhun Bayramov bildirib ki, ilk növbədə beynəlxalq hüquqa əsaslanan enerji təhlükəsizliyi sahəsində üç ölkə arasında çox mühüm müzakirələr aparılıb, sənaye, nəqliyyat, elm, təhsil, kənd təsərrüfatı ilə bağlı geniş fikir mübadiləsi olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi





