Siyasət

Rusiya Qarabağdakı mövqeyini dəyişə bilər? - Onlarla dil tapmaq olacaq, ya yox...

1 Fevral 2021 14:02
Baxış: 1 689

Baxmayaraq ki, Navalnının tərəfdarları küçələrə axışıblar, Rusiyada inqilabın olacağını güman etmək hələ tezdir. 

Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, liberal qüvvələr hakimiyyətə gəlsə, onlarla danışıb rus sülhməramlılarının Qarabağdan çıxarılması məsələsini həll etməliyik:

"Vladimir Putin özü hakimiyyətdən getsə də, çalışacaq ki, öz yerinə tərəfdarını qoysun. Rusiyada hakimiyyət dəyşikliyinin Cənubi Qafqaza, Dağlıq Qarabağ probleminin həllinə nə kimi təsiri ola bilər?! Çalışmalıyıq ki, rusiyalı hərbçilər bölgədə müvəqqəti olsunlar və Dağlıq Qarabağı tərk etsinlər. Ona görə, Rusiyada kimin hakimiyyətdə olması bizim üçün əhəmiyyət kəsb edir. Liberal qüvvələr hakimiyyətə gəlsə, onlarla danışıb bu məsələni həll etməliyik. Amma mühafizəkar güclər (Jirinovski, Zyuqanov kimi siyasətçilər) gəlsə, bizə müəyyən çətinliklər yaşada bilərlər.

Biz istəmirik bölgədə Rusiya hərbi gücü olsun. İstəyirik ki, rus hərbiçiləri ən uzağı 5 ildən sonra Dağlıq Qarabağı tərk etsinlər. Düzdür, Rusiya ilə tərəfdaşlıq münasibətlərimiz davam edəcək, amma Qarabağ məsələsində Rusiyanın çox da təsir imkanlarının olmasını istəmirik. Liberal qüvvələrlə bilmirəm dil tapmaq olacaq, ya yox, amma mühafizəkar qüvvələr indiki hakimiyyətin siyasətini davam etdirəcəklər". 

Qeyd edək ki, Aleksey Navalnı hər zaman milliyətçi, şovinist çıxışları ilə yadda qalıb. O, hakimiyyətə gələcəyi təqdirdə dəfələrlə Rusiyadan miqrantların çıxarılması məsələsini aktuallaşdıracağını söyləyib. 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.