Siyasət

Gürcüstanın daxili işlər naziri Azərbaycan səfirini qəbul edib

26 Yanvar 2021 16:09
Baxış: 685

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevi qəbul edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tanışlıq xarakteri daşıyan görüş zamanı tərəflər iki ölkə arasında dost və strateji tərəfdaşlıq əlaqələrinə fokuslanıblar.

Tərəflər regional təhlükəsizlik məsələlərini, həmçinin ikitərəfli əlaqələri müzakirə ediblər.

Eyni zamanda, hüquq-mühafizə orqanlarının mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.