İdman

Vinisius sevgilisindən üzr istədi

15 Oktyabr 2025 11:24
Baxış: 698
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Real Madrid"in braziliyalı ulduzu Vinisius Junior şəxsi həyatı ilə bağlı açıqlaması ilə gündəmə gəlib.

Milli.Az-ın xarici mediaya istinadən məlumatına görə, futbolçu başqa qadınlara yaxınlıq təklif etdiyi üçün Virciniya Fonsekadan üzr istəyib.

Vinisius bildirib:
"Virciniya heyrətamiz qadın və gözəl anadır. Ona qarşı böyük sevgi və hörmətim var. Hələ rəsmi münasibətimiz olmasa da, aramızda real bir bağ mövcud idi. Etiraf edirəm ki, diqqətsiz davranmışam və onu məyus etmişəm. Bunun üçün utanıram."

O, münasibətlərini düzəltmək istədiyini də vurğulayıb:
"İndi məqsədim hər şeyi sıfırdan, səmimiyyət və hörmət üzərində qurmaqdır - yalan olmadan, mübahisəsiz, maskasız. Böyük sevgi və incəliklə".

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.