Cəmiyyət

“Azneft”in baş direktoru işdən çıxarıldı - FOTO

15 Oktyabr 2025 09:56
Baxış: 902
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) struktur və kadr dəyişiklikləri olub.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, "Azneft"in baş direktoru Əli Qurbanov vəzifəsindən azad edilib.

Əli Qurbanov daha əvvəl "Umid Babək Əmliyyat Şirkəti"nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb. 2024-cü ildə "Azneft"ə baş direktor təyin edilmişdi.

Yeni qərarla o, "SOCAR Upstream" xüsusi layihələr üzrə direktor vəzifəsinə təyin edilib.

Digər bir qərarla "Azneft"in baş direktoru vəzifəsi ləğv edilib. Bundan sonra İB-də müxtəlif sahələr üzrə bir neçə direktor vəzifəsi olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.