“NFC” ödəniş sistəmi ilə metrodan limitsiz pulsuz keçmək olur? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sistemdə boşluq var və limitsiz pulsuz gediş əldə etmək mümkündür. Bu cür elanlar sosial şəbəkədə paylaşılıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bildirilib ki, metroda bank kartları ilə limitsiz, heç bir ödəniş olmadan keçmək mümkündür. Bunun mümkünlüyünü isə NFC ödənişi zamanı sistemdə kodlaşdırma xətasının olması ilə əlaqələndirib. Şərhlərdə də bunu dəstəkləyən xeyli fikir səsləndirilib.
Bəs bank kartından istifadə zamanı kartda pul olmadan keçmək mümkündür?
Vətəndaşlar bildirirlər ki, kartda pul olmadığı halda, "NFC" sistəmi ilə ödəniş zamanı 1 və ya 2 pulsuz keçid imkanı olur.
İKT ekspertləri bildirirlər ki, bütün sistemlərdə boşluqlar, yəni alqoritmdə kodlaşdırma xətaları, səhvlər ola bilər. Yəni, hər hansı bir sistem hazırlandıqdan sonra onda xəta baş verə bilər ki, bu səhvlərdən də sui-istifadə halları qaçılmaz olur.
Ekspert qeyd edib ki, eyni kartla bir neçə dəfə uğursuz ödəniş edilirsə, sistem tərəfindən bu riskli davranış kimi qəbul edilir. Nəticədə həm bank, həm də metro sistemi kartı bloklaya bilər. "Bakı Metropoliteni"ndə kritik səviyyədə kibertəhlükəsizlik boşluğu yoxdur. Bu sadəcə sistemin iş mexanizminin yanlış anlaşılmasından yarana bilər.
Məsələ ilə bağlı Bakı Metropolitenindən XəzərXəbərə bildirildi ki, NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?
-
70 kilo qızılla tutulan polkovnikdən xəbər var
-
Azərbaycan nefti ucuzlaşdı
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)
-
Dollar almaq istəyənlərin diqqətinə
-
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
-
"Brent" bahalaşdı
-
Paşinyan Türkiyəyə səfər edib
-
“Vicdan haqqı”nın aktyorunun əkizləri dünyaya gəldi - (Foto)
-
Noyabrın 4 şanslı bürcü
-
Pol Makkartni milyarder oldu
-
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür





