Siyasət

Prezident: Üçüncü Milli Şəhərsalma Forumunun Xankəndidə keçirilməsi xüsusi məna daşıyır

15 Oktyabr 2025 13:03
Baxış: 268

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində keçirilməsi xüsusi məna daşıyır.

Milli.Az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, uzun illər işğal altında qalmış Xankəndi bu gün sülhün, bərpanın və dirçəlişin rəmzidir. "Xankəndidə icra olunan infrastruktur layihələri şəhərin müasir, ağıllı və innovativ şəhər konsepsiyasına uyğun inkişafını təmin edir", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.