Dünya

İsrail həmin sərhəd-keçid məntəqəsini açır - FOTO

15 Oktyabr 2025 11:30
Baxış: 318
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

HƏMAS-ın dörd israilli məhbusun cəsədlərini təhvil verməsindən sonra İsrail bu gün Rəfah sərhəd-keçid məntəqəsini açacağını açıqlayıb.

Milli.Az xəbər verir ki, keçidin açılması ilə 600 yardım maşını Qəzzaya daxil olacaq.

HƏMAS tərəfindən bir gecədə daha dörd israilli məhbusun cəsədinin Qırmızı Xaç Cəmiyyətinə təhvil verilməsi, İsrailin atəşkəs razılaşmasına uyğun olaraq sərhəd keçidini açmaq qərarına təsir edib. Atəşkəs çərçivəsində Qəzzada ölən 28 məhbusdan artıq səkkizinin cəsədi qaytarılıb.

Bundan əlavə, tərəflər razılaşıblar ki, Qəzzada ölən israilli məhbusların cəsədlərinin tapılmasını və mübadiləsini təmin etmək üçün Türkiyə, Qətər, Misir və ABŞ nümayəndələrindən ibarət komitə yaradılıb.

Rəfah sərhəd keçidinin açılması ilə bölgəyə humanitar yardımın davam etməsi və 600 yardım maşınının Qəzzaya daxil olması gözlənilir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.