Cəmiyyət

Vətən müharibəsi iştirakçısı 38 yaşında vəfat etdi - FOTO

20 Dekabr 2025 16:20
Baxış: 1 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə Vətən müharibəsi iştirakçısı vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  44 günlük Vətən müharibəsi qazisi olan 1987-ci il təvəllüdlü Aslan Yevgeni oğlu Zeynalovun yas mərasimində Gəncə şəhəri Kəpəz və Nizami bələdiyyələrinin sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, mərhumun döyüş yoldaşları, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aslan Zeynalov Gəncə şəhər Şəhidlər xiyabanı kompleksindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, mərhum 1992-ci ildə Birinci Qarabağ müharibəsində itkin düşən Yevgeni Zeynalovun oğludur. Ailə üzvlərini itirən Aslan Zeynalovun bir övladı yadigar qalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.