Əsgərlərin xidmət yerinin dəyişdirilməsi bu halda MÜMKÜNDÜR – DETALLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin yerləşdirildiyi xidmət yerinin dəyişdirilməsi bəzən valideynlər və əsgərlərin özləri tərəfindən gündəmə gətirilir. Xüsusilə ailə vəziyyəti, səhhət problemləri və ya uzaq məsafələr kimi səbəblər bu cür müraciətlərin əsas arqumenti olur. Lakin müasir qaydalar və nizamnamələr bu məsələdə daha sərt çərçivələr müəyyən edib.
Bəs hazırki dönəmdə əsgərlik zamanı xidmət yerinin dəyişdirilməsi mümkündür?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda əsgərlərin xidmət yerinin dəyişdirilməsi yalnız istisna hallarda həyata keçirilir:
"Əvvəlki illərdə bu məsələ bir qədər geniş tətbiq olunurdu. Lakin bəzi sui-istifadə halları müşahidə edildikdən sonra qaydalar sərtləşdirilib. Artıq hər bir çağırışçının xidmət yeri əvvəlcədən müəyyən olunur və bu yerin dəyişdirilməsi demək olar ki, mümkün deyil. Tutaq ki, əsgər hərbi xidmət üçün Mingəçevirə təyin edilibsə, sonradan onu başqa bölgəyə keçirmək qanunla icazəli deyil", - deyə hərbi-ekspert əlavə edib.
Ekspertin sözlərinə görə, yalnız sağlamlıqla bağlı ciddi hallar və ya əsgərin yerləşdiyi mühitə uyğunlaşa bilməməsi kimi istisna vəziyyətlərdə xidmət yerinin dəyişdirilməsinə baxıla bilər:
"Əgər əsgərin səhhətində problem yaranarsa, həkim rəyinə əsasən onun yeri dəyişdirilə bilər. Bəzən də adaptasiya və psixoloji uyğunlaşma çətinliyi müşahidə olunduqda, bu, nəzərə alınır və yerdəyişmə qismən həyata keçirilir. Amma bu, çox nadir hallarda olur".
Üzeyir Cəfərov əlavə edib ki, əvvəllər ailə vəziyyəti, məsələn, əsgərin ailənin tək övladı olması və ya valideynlərinin xəstə olması kimi hallar da nəzərə alınırdı. Lakin hazırkı sistemdə bu amillər xidmət yerinin dəyişdirilməsi üçün əsas sayılmır:
"İndi belə müraciətlər qəbul edilmir. Xidmətin təşkili və ədalətli bölgü prinsipi qorunur. Əsgərin hansı bölgədə xidmət etməsi onun fərdi istəyindən deyil, ordunun ehtiyaclarından asılıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
XƏBƏR LENTİ
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb





