Hadisə

Yeni tikilən məktəbdən oğurluq edildi

15 Oktyabr 2025 11:33
Baxış: 329
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Babək rayonunda tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanılıb.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, Babək rayon Polis İdarəsinə rayon ərazisində inşası davam edən məktəb binasının həyətindən elektrik naqillərinin oğurlanması ilə bağlı məlumat daxil olub.

Keçirilən tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 28 yaşlı Natiq Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun məktəbin həyətindən müxtəlif ölçülü elektrik naqillərini oğurlayaraq şəxsi məqsədləri üçün satmaq niyyəti ilə aparması müəyyən olunub.

Hazırda faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.