Siyasət

Ərazi vahidlərinin adlarında dövlət dilinin normaları nəzərə alınacaq

15 Oktyabr 2025 13:05
Baxış: 226

Ərazi vahidlərinə ad verilməsi zamanı dövlət dilinin normalarının nəzərə alınacaq.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanuna edilən dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.