Sovet rəhbərliyi 20 yanvar faciəsini törətməklə Azərbaycan xalqının qürurunu sındırmaq istəyirdi - Arzu Nağıyev - VİDEO
Milli Məclisin deputatı Arzu Nağıyev Mədəniyyət kanalının "Səhər Çağı" verilişində 20 Yanvar faciəsi haqqında fikirlərini söyləyib.
Milli.Az Trend-ə istinadən bildirir ki, A.Nağıyev bildirib ki, 20 Yanvar faciəsi post sovet məkanında azadlıq hərəkatı kimi yadda qalan ən mühüm hadisələrdən biri oldu.
O qeyd edib ki, 1988-ci ildən başlayaraq Azərbaycanın Azadlıq hərəkatı, Ermənistanla sərhəddə baş verən hadisələr, ermənilərin Qarabağ iddiası, bunların hamısı bir zəmin idi ki, 90-cı il hadisələri baş versin. A.Nağıyev bildirib ki, sovet xüsusi xidmət orqanları bu hadisələrlə bağlı xüsusi xidmət orqanlarının ssenarisi var idi.
Arzu Nağıyev deyib ki, Sovet rəhbərliyi faciəni törətməklə Azərbaycan xalqının qürur və mənliyini sındırmaq istəyirdi, lakin onlar buna nail ola bilmədilər.
20 yanvar faciəsindən sonra 2 milyondan çox insanın Azadlıq meydanına toplaşması dünyaya bir mesaj idi. Bütün dünya gördü ki, Azərbaycan xalqı lazım olan anda yumruq kimi birləşir. Bu gün Şəhidlər Xiyabanı bizim and yerimizdir, ziyarət yerimizdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp Messi, Ronaldo və Keyndən danışdı
-
Tramp Kanadanı hədələdi
-
ABŞ-dən Azərbaycana qırıcı təyyarə satışına dair çağırış
-
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb (Foto)
-
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb (Foto)
-
Prezident İlham Əliyev gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
XƏBƏR LENTİ
-
DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
-
Tramp Messi, Ronaldo və Keyndən danışdı
-
Bakıda azyaşlı bacı-qardaş itkin düşdü
-
Aparıcı Şəbnəm: "O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - (Video)
-
Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
-
“Qarabağ”ın biletləri bu gün satışa çıxarılır
-
Tramp Kanadanı hədələdi
-
Moskvaya kütləvi PUA hücumu: 26 yaralı var - (Video)
-
Həftəsonu yol çıxacaq olan sürücülərin nəzərinə
-
Final oyununu idarə edəcək hakim barədə şok fakt; Narkotik alveri, fahişəlik şəbəkəsi... - (Foto)
-
Kremlin neft tələsində: Rusiya niyə həm ucuz, həm də bahalı neftdən uduzur
-
Türkanın müzakirə yaradan paylaşımı: "Qal, yana-yana" - (Video)
-
Türkiyədə güclü zəlzələ oldu
-
Xırdalanda çoxmərtəbəli binada güclü yanğın
-
İrana qarşı 7-ci gecə hücumları başa çatdı
-
Neftimiz bahalaşdı
-
"Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
-
Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar
-
Bəy gəlinə gül əvəzinə görün nə verdi – Tənqid olunan görüntü - (Video)
-
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir"
-
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
-
Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın
-
Xalq artistimizin arxiv fotoları yayıldı: Rafet El Romanla 2001-ci ildə... - (Foto)
-
Gəncədə ağır qəza - Yaralı var (Foto)





