Şou-biznes

"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir"

18 İyul 2026 05:05
Baxış: 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aparıcı Günay Baxşəliyeva arıqlamaq məqsədilə müxtəlif dərman və məhsullardan istifadə edənlərə səslənib. 

Milli.Az xəbər verir ki, aparıcı onun fotolarından bu cür məhsulların reklamında istifadə edildiyini bildirib. O, bildirib ki, heç vaxt arıqlama məhsulları istifadə etməyib:

"Paylaşırlar ki, bu çayı iç, bu dərmanı qəbul et, arıqlayacaqsan. Bu kimi vədlərə inanmayın. Utanmadan hamiləlik dövrünə aid fotomu və indiki şəklimi yanaşı paylaşıb "Günay bizim məhsullarla arıqladı" yazırlar. Bu doğru deyil. Mən heç bir arıqlama dərmanı qəbul etmirəm".

Aparıcı əlavə edib ki, bu cür vasitələr sağlamlıq üçün ciddi problemlər yarada bilər:

"İnsanlar gedib həmin dərmanları qəbul edirlər, sonra isə orqanizmlərində qurdlar əmələ gəlir. Nəticədə uzun müddət müalicə almağa məcbur qalırlar".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.