Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cüzdan seçərkən çoxumuz ilk olaraq onun modelinə, materialına və ya istifadəyə yararlı olub-olmamasına baxırıq. Lakin rənglərin fərqli enerjiləri təmsil etdiyinə inananlar da az deyil. Fens-şuy-dən astrologiyaya qədər bir çox yanaşma bəzi tonların bərəkəti, bəzilərinin isə cəsarəti, sabitliyi və ya yaradıcılığı dəstəklədiyini söyləyir.
Milli.Az bürcünüzün xarakterik xüsusiyyətlərindən ilham alaraq seçə biləcəyiniz cüzdan rənglərini təqdim edir:
Qoç - Qırmızı: Cəsarətli və tez hərəkətə keçən Qoç üçün qırmızıdan daha güclü bir seçim ola bilməz. Od elementinin enerjisini daşıyan bu rəng, sahibkarlıq ruhunu və motivasiyanı dəstəkləyir. Canlı qırmızı və ya tünd qırmızı tonlar Qoçun iddialı xarakterinə mükəmməl uyğun gəlir.
Buğa - Zümrüd yaşılı: Komforta və maddi güvənə önəm verən Buğalar üçün yaşıl, bolluğun və inkişafın rəmzidir. Zümrüd və tünd meşə yaşılı tonları həm zamansız, həm də sofistike bir görünüş yaradaraq Buğanın təbiətlə olan bağını əks etdirir.
Əkizlər - Sarı: Maraqlı və ünsiyyətcil Əkizlər enerjisini parlaq tonlarda tapır. Sarı rəng zehni canlılığı və yaradıcılığı təmsil edir. Xardal, limon və ya qızılı sarı tonları Əkizlərin hərəkətli həyat tərzinə asanlıqla uyğunlaşır.
Xərçəng - İnci ağı: Duyğusal bağları güclü və sezgiləri yüksək olan Xərçənglər üçün yumşaq ağ tonları hüzur bəxş edir. İnci ağı, krem və ya süd rəngi həm sadə və zərif bir görünüş təqdim edir, həm də Xərçəngin ehtiyac duyduğu güvən hissini dəstəkləyir.
Şir - Qızılı: Şir bürcü göstərişdən çox, diqqətçəkən detalları sevir. Qızılı tonlar və ya parlaq metalik detallar həm lüks hissini gücləndirir, həm də Şirin təbii özgüvənini əks etdirir. Şampan qızılı da yaxşı bir seçimdir.
Qız - Torpaq tonları: Nizam-intizamı sevən Qızlar üçün bej, vizon, qum və ya taupe (bozumtul-qəhvəyi) kimi təbii tonlar ideal seçimdir. Bu rənglər Qız bürcünün sadə, lakin zövqlü üslubunu tamamlayır.
Tərəzi - Pudra çəhrayı: Estetik duyğusu yüksək olan Tərəzilər romantik və zərif tonlardan vaz keçə bilmir. Pudra çəhrayısı, gül qurusuna çalan çalarlar və ya açıq şaftalı rəngi tarazlıq və uyğunluq hissini gücləndirir.
Əqrəb - Qara: Gizemli və güclü Əqrəb üçün qara rəng hər zaman etibarlı limandır. Bu rəng Əqrəbin kontrollu və xarizmatik duruşunu mükəmməl əks etdirir. Mat və ya teksturalı dəri modellər bu təsiri daha da artırır.
Oxatan - Bənövşəyi: Kəşf etməyi sevən Oxatanlar üçün bənövşəyi rəng vizyonu və ilhamı təmsil edir. Mürdüm və ya ametist tonları klassik qaradan kənara çıxmaq istəyən Oxatanlar üçün sofistike bir alternativdir.
Oğlaq - Tünd qəhvəyi: İntizamlı və hədəf yönümlü Oğlaqlar zamansız parçaları sevir. Şokolad və ya espresso tonları həm klassik, həm də güclü bir görünüş yaradır. İllər keçsə də dəbdən düşməyən bu rəng Oğlağın uzunmüddətli baxış bucağı ilə uyğunlaşır.
Dolça - Elektrik mavisi: Fərqli olmağı sevən Dolçalar üçün standart rənglər maraqsızdır. Elektrik mavisi, firuzəyi və ya buz mavisi kimi seçimlər yenilikçi ruhunu əks etdirir və üslubuna müasir bir toxunuş edir.
Balıqlar - Dəniz yaşılı: Xəyal gücü yüksək və sezgisel Balıqlar üçün dənizi xatırladan tonlar ön plandadır. Dəniz yaşılı, su mavisi və ya açıq firuzəyi çalarlar sakitlik yaradır və Balıqların yaradıcı dünyasını göz önünə sərir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar
-
Günün qoroskopu: Dürüstlük səni yüngülləşdirəcək
-
Günün qoroskopu: Özünüzə qarşı anlayışlı olmağı öyrənin
-
İzdihamdan qaçıb hüzuru evində tapanlar: Ən ailəcanlı 5 bürc
-
Günün qoroskopu: Özünüzə güvənin
-
Günün qoroskopu: Maliyyə məsələlərində ayıq-sayıq olmağınız vacibdir
XƏBƏR LENTİ
-
"Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
-
Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar
-
Bəy gəlinə gül əvəzinə görün nə verdi – Tənqid olunan görüntü - (Video)
-
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir"
-
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
-
Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın
-
Xalq artistimizin arxiv fotoları yayıldı: Rafet El Romanla 2001-ci ildə... - (Foto)
-
Gəncədə ağır qəza - Yaralı var (Foto)
-
Meksikada 7,4 ballıq zəlzələ olub - Yenilənib
-
ABŞ İrana qarşı yeni zərbələrə başlayıb
-
FİFA kütləvi etirazlardan sonra qərar dəyişdirdi
-
"İstirahət burnumuzdan gəldi"
-
Beşiktaş Salahla razılaşdı - Müqavilənin təfərrüatı
-
"Ərinizin subay dostlarını evinizə buraxmayın"
-
Günün qoroskopu: Dürüstlük səni yüngülləşdirəcək
-
Bakıda yağış yağacaq, şimşək çaxacaq
-
Albalı tumlarını çıxarmağın ən praktik yolu
-
ABŞ-dən Azərbaycana qırıcı təyyarə satışına dair çağırış
-
Naxçıvanda ağır qəza: Xəsarət alanlar var (Video)
-
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi
-
Fedorovun vəzifədən göndərilməsinin səbəbi bəlli oldu
-
Əkbər Əlizadənin qızı birinci yerə çıxdı
-
İlqar Əkbərov vəfat etdi
-
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"





