Final oyununu idarə edəcək hakim barədə şok fakt; Narkotik alveri, fahişəlik şəbəkəsi... - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 19-da İspaniya və Argentina arasında keçiriləcək dünya çempionatının final matçını idarə edəcək sloveniyalı hakim Slavko Vinçiç karyerasında diqqətçəkən hadisələrdən biri ilə yenidən gündəmə gəlib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 46 yaşlı referi 2020-ci ilin mayında Bosniya və Herseqovinada narkotik alveri və fahişəlik şəbəkəsinə qarşı keçirilən polis əməliyyatı zamanı saxlanılan 35 nəfər arasında olub.
Lakin sonradan onun hadisə ilə əlaqəsinin olmadığı müəyyənləşdirilib.
Polis Bosniyanın Bijelyina şəhəri yaxınlığındakı fermaya təşkil olunan əməliyyat zamanı silahlar, kokain və külli miqdarda nağd pul aşkarlamışdı.
Vinçiç həmin vaxt Bosniya və Herseqovinada işgüzar səfərdə olduğunu və ev sahiblərinin kimliyindən xəbərsiz şəkildə nahar dəvətini qəbul etdiyini bildirmişdi.
Sloveniyanın "Vecer" qəzetinə danışan hakim baş verənləri belə xatırlayıb: "Təsadüfən həmin fermada idim. İşgüzar görüş üçün Bosniya və Herseqovinada idim və nahar dəvətini qəbul etdim. Bu, mənim ən böyük səhvim oldu. Polis gəldi və bizi şöbəyə apardı. Şahid qismində ifadəmizi aldılar və hadisə ilə əlaqəmizin olmadığını müəyyən etdikdən sonra bizi sərbəst buraxdılar".
Hadisədən sonra Vinçiçə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib. O, qısa müddət sonra azadlığa buraxılıb və Sloveniya Hakimlər Assosiasiyasının dəstəyini alıb.
Qeyd edək ki, FIFA-nın qərarına əsasən, DÇ-nin final qarşılaşmasını məhz Slavko Vinçiç idarə edəcək. Məlumata görə, təyinat xəbərini alan hakim duyğulanaraq göz yaşlarını saxlaya bilməyib.
Slavko Vinçiç son illərdə Avropanın ən nüfuzlu hakimlərindən biri kimi tanınır. O, 2024-cü ildə keçirilən UEFA Çempionlar Liqasının finalında Madrid "Real"ı ilə Dortmund "Borussiya"sı arasındakı oyunu da idarə edib.
Sloveniyalı hakim 2026 DÇ-də indiyədək üç qarşılaşmada baş hakim olub. Onun idarə etdiyi oyunlar arasında Braziliya ilə Mərakeş arasında keçirilən və 1:1 hesabı ilə başa çatan görüş də var.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
-
“Qarabağ”ın futbolçuları arasında dava - (Foto)
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
XƏBƏR LENTİ
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi məlum olub - Yenilənib
-
Sumqayıtda zəncirvari qəza olub
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)
-
Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı - (Video)
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında





