Sevil Mikayılova: İslam dini abidələrinə qarşı erməni vəhşiliyi dünya birliyi tərəfindən pislənməlidir
Azərbaycan hər zaman öz ərazisində yerləşən müxtəlif dini, mədəni və tarixi abidələri göz bəbəyi kimi qoruyub, onları həm də bəşəri dəyərlər kimi qiymətləndirib.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Onun sözlərinə görə, ermənilər 30 il işğal altında saxladıqları Azərbaycan torpaqlarını talan edib, viran qoyub, sözün əsl mənasında xarabalığa çeviriblər: "Qədim Azərbaycan izlərini bu torpaqlardan silməklə bu ərazilərə yiyələnmək kimi miskin məqsəd güdüblər. Təkcə Şuşa şəhərində işğalçılar 67 məscidi yerlə-yeksan ediblər, digərlərini yararsız hala salıblar. Bundan əlavə, çoxlu sayda tarixi və mədəni abidələr dağıdılaraq ya yox edilib, ya da yararsız hala salınıb. Şuşa Realnı Məktəbi binası, Natəvan bulağı, Bülbülün ev muzeyi, Molla Pənah Vaqifin türbəsi erməni vanadalizminin qurbanlarıdır.
İslam dini abidələrinə qarşı erməni vəhşiliyi, qeyri-insani cinayətlər dünya birliyi tərəfindən pislənməlidir. Ermənistanın İslamafob əməlləri ilk növbədə ümümbəşəri dəyərlərə qarşı yönəlib və bu məsələyə beynəlxalq təşkilatlar, ayrı-ayrılıqda dövlətlər tərəfindən siyasi qiymət verilməlidir".
S.Mikayılova vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən mədəniyyətin beşiyi sayılan Şuşanın azad olunması möhtəşəm qələbədir: "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tarixi torpaqlarımızda dini, mədəni və tarixi irsimizin bərpa olunması kimi nəcib bir missiyanı öz üzərinə götürüb. Bu ərazilərdə mədəni irsimizin bərpa olunaraq həyata qaytarılması hər bir azərbaycanlının həsrətlə gözlədiyi andır. 30 il düşmən tapdağı altında qalan torpaqlarımıza Heydər Əliyev Fondu yeni Azərbaycan nəfəsi gətirəcək, qazandığımız tarixi zəfər sayəsində bu ərazilər yenidən canlanacaq.
Xan qızı Natəvan, Molla Pənah Vaqif, Xan Şuşinski, Üzeyir Hacıbəyov, Bülbül kimi dahilər bəxş etmiş Şuşa şəhərinin Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəni paytaxtı elan olunması bu böyük yolda atılan ilk addımdır.
Bir sözlə, Şuşa öz mədəni həyatına başlayacaq, bir zamanlar olduğu kimi, yenə də xalqımız heyrətamız mədəniyyət mərkəzinə çevriləcək.
Əziz Şuşa, azadlığın əbədidir! Müzəffər Ali Baş Komandan İlham Əliyevin sancdığı bayraq hər zaman məğrur dalğalanacaq! Qarabağ Azərbaycandır!".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
XƏBƏR LENTİ
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib





