"Bundan sonra əsgərimizin qarşısına hər hansı bir silahlı şəxs çıxarsa..." - Polkovnik
10 noyabr üçtərəfli görüşün nəticəsi kimi birtərəfli olaraq Ermənistan kapitulyasiyanı qəbul etdi və bu kapitulyasiya nəticəsində razılaşdırılmış olaraq sülhməramlı qüvvələr bölgəyə yeridildi. Amma Rusiya sülhməramlıları o əraziyə yerləşdirilmədən əvvəl Ermənistan silahlı qüvvələri torpaqlarımızı tamamən tərk etməli idi".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, bundan sonra Silahlı Qüvvələrimizin qarşısına çıxacaq hər hansı bir silahlı şəxs aşkarlanarsa, terrorist hesab olunacaq:
"Bu deməkdir ki, artıq o bölgədə atəşkəs və yaxud təmasdan söhbət gedə bilməz. Əgər bölgədə sülhməramlılar varsa, bu, o deməkdir ki, bölgədə Ermənistan silahlı qüvvələrinə mənsub heç bir əsgər yoxdur. Məhz bundan sonra Silahlı Qüvvələrimizin qarşısına çıxacaq hər hansı bir silahlı şəxs aşkarlanarsa, terrorist olaraq qiymətləndiriləcək və zərərsizləşdiriləcək. Zərərsizləşdirmə də iki şəkildə olur:
1. Əgər qarşı tərəf zərər verməyə cəhd göstərsə, məhv edilir.
2. Əgər qarşı tərəf eyni şəkildə, zərər göstərmə əsnasında təslim olursa, o, əsir götürülür və Azərbaycan hüquq mühafizə orqanları tərəfindən mühakimə edilir.
Ermənistan Kütləvi İnformasiya Vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı tamamilə dezinformasiyadır. Çünki bölgədə heç bir Ermənistan əsgəri və yaxud da güc strukturu ola bilməz. Ola bilcəcəyi halda o, yalnız və yalnız terrorist olaraq qiymətləndirilir və oradaca məhv edilir.
Burada təmasdan, atəşkəsin pozulmasından söhbət gedə bilməz, bitdi. Dövlət başçısı nə deyib?! - Təmas xətti bitdi, status-kvo bitdi! 10 noyabr kapitulyasiyanı qəbul etdin, bölgəni tam olaraq tərk edirsən. Bölgədə sülhməramlı qüvvə varsa, o, sadəcə, sivil əhali arasında ola biləcək problemin qarşısını almaq üçündür. Bundan əlavə də o ərazilər, Xankəndi daxil olmaqla Azərbaycan torpaqlarıdır və orada artıq Azərbaycan güc strukturları fəaliyyət göstərməlidir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
JONY ad və soyadını dəyişdi
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi





