Siyasət

Azərbaycana qarşı hərbi cinayətlər törədən daha 14 erməni barəsində cinayət işi başlandı

26 Dekabr 2020 16:45
Baxış: 1 036

Azərbaycan dövlətinə qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən daha 14 erməni hərbçisi barədə həbs qətimkan tədbiri seçilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, erməni cinayətkarlar Tonayan David Samveloviç, Qaro Karapetyan, Eduar Saakyan, Viktor Aleksandrov, Aleksnadr Anaxasyan, Andrey Aksuzyan, Seyran Kocamanyan, Armen Martoyan, Qareqin Xalycyan, Ruslan Peklivanyan, Armen Martoyan, Sipan Mouradian, Ardas Oksuzyan və Qalust Trapizonyan barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100-cü (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 114-cü (Muzdluluq), 120-ci (qəsdən adam öldürmə), 186-cı (başqasının əmlakı məhv etmə), 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və həmin şəxslərin həbs edilməsi barədə Nəsimi rayon Məhkəməsinə vəsatət göndərilib.

Məhkəmə vəsatəti təmin edib və adıçəkilən şəxslər barəsində qiyabi həbs qətimkan tədbiri seçib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.